İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, növbəti görüşlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub.
Sahə görüşlərinin əsas məqsədi təsərrüfatlarda aparılan işlərlə yerində tanış olmaq və onların praktiki bacarıqlarının artırılmasına dəstək göstərmək olub. Həmçinin təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması, heyvan və bitki sağlamlığının qorunması, xəstəlik və zərərvericilərin qarşısının alınması ilə bağlı məsləhət və tövsiyələr verilib.
Proqram çərçivəsində sakinlərin təsərrüfatlarına baxış keçirilib, iri və xırdabuynuzlu heyvanların sağlamlıq vəziyyəti qiymətləndirilib, ilkin baytarlıq yardımı göstərilib. Sakinlərə heyvanların düzgün yemlənməsi və saxlanması, xəstəliklərin qarşısının alınması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlı tövsiyələr verilib.
Təsərrüfat sahibləri ilə görüşlərdə həyətyanı sahələrdə əkinlərin vəziyyəti də qiymətləndirilib, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb və bitkilərin mühafizəsi, aqrotexniki qulluq və xəstəliklərin erkən aşkarlanması ilə bağlı ətraflı məlumat verilib. Təsərrüfatların daha səmərəli idarə olunması, mövcud resurslardan düzgün istifadə və məhsuldarlığın artırılması məqsədilə fermerlərə məsləhətlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Oktyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















