Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib

İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə maarifləndirmə tədbirləri keçirilib

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə yerləşən təhsil müəssisələrində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirləri təşkil edilib.

Ombudsman Aparatından "Operativ Media"ya bildirilib ki, Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə, Zəngilan rayon Ağalı kənd tam orta məktəbində “Uşaq hüquqları və müdafiə mexanizmləri”, “Təhsil işçilərinin uşaq hüquqlarının müdafiəsində rolu” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun rəhbər prinsipləri, uşaqların zərərli təsirlərdən müdafiəsi, erkən evlilik, bullinq, uşaq əməyi mövzularında şagirdlərə məlumat verilib, milli və beynəlxalq müdafiə mexanizmləri, xüsusilə də ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində genişmiqyaslı fəaliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, təhsil işçiləri ilə uşaqların ayrı-seçkiliyin bütün formalarından müdafiəsi, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, təhsilverənlərin vəzifələri, bu sahədə mövcud problemlər və həll yolları istiqamətində müzakirələr aparılıb. Mövzular ilə əlaqədar iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirmə tədbirlərindən ümumilikdə 240 şagird, 62 pedaqoji heyət faydalanıb. Tədbirlərdə müvəkkilin təşəbbüsü ilə aylıq çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Uşaq hüquqları haqqında” Konvensiyanın uşaqlar üçün anlaşılan dildə nəşrləri paylanılıb.

Səfər çərçivəsində, həmçinin Zəngilan rayon Ağalı kənd körpələr evi-uşaq bağçasında yaradılmış şərait, ümumilikdə uşaq hüquqlarının təmini vəziyyəti araşdırılıb, müəssisənin işçi heyəti ilə fəaliyyətlə bağlı hüquqi maarifləndirici söhbətlər aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 09 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri