Azad edilmiş ərazilərdəki daha 33 müəssisədə maarifləndirmə tədbirləri keçirilib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.
Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında keçirilən bu tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.
İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 900-dən çox şəxsin iştirak etdiyi tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri, əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, iş yerlərinin attestasiyası barədə məlumat verilib.
Həmçinin iş yerlərində təhlükəsizlik qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar da təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 25 May 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















