Icma.az
close
up
RU
İshal və qusma uşaqlar üçün təhlükəlidir! VALİDEYNLƏRƏ TÖVSİYƏLƏR

İshal və qusma uşaqlar üçün təhlükəlidir! VALİDEYNLƏRƏ TÖVSİYƏLƏR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Ağır ishal və qusma zamanı uşaq xeyli miqdarda su, onunla birlikdə isə mineral duzları itirir.

Bu hal orqanizmin susuzlaşması adlanır. Uşaqda bədənin güclü şəkildə susuzlaşması çox qısa bir müddət ərzində onun həlak olması ilə nəticələnə bilər. YADDA SAXLAYIN - uşaq nə qədər kiçik olarsa, onun orqanizmi su və mineral duzların itirilməsinə qarşı daha həssas şəkildə reaksiya verir, onun vəziyyəti isə daha ağır olur.

Uşaqlarda çoxsaylı ishal və qusma əksər hallarda kəskin bağırsaq infeksiyasının (KBİ) əlaməti olur. KBİ zamanı uşaqlarda üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə edilə bilər. Belə halda dərhal uşağı nəzarətdə saxlayan pediatrı evə dəvət etmək və ya “təcili yardım” çağırmaq lazımdır. Kəskin bağırsaq infeksiyası olan uşağı yalnız həkim müalicə etməlidir!!!

Həkim gələnə qədər heç bir halda uşağa ishalı aradan götürən və qusmaya qarşı olan dərmanlar verməyin – orqanizmə daxil olan zəhərlər və toksinlər qusma və ishal zamanı bədəndən xaric olur. Uşağa həmçinin ağrıkəsicilər və s. dərmanlar vermək və onu yedizdirmək də olmaz. Uşağın nəcisini mütləq saxlayın (pampers və ya güvəcdə) və həkim gəldikdə ona göstərin.

Orqanizmin susuzlaşmasının əlamətləri:

- uşaq yuxulu, əzgin, süst olur;

- dəri quru, avazımış olur, büzüşür və bu büzüşlər çətinliklə hamarlanırlar;

- ağız boşluğunun selikli qişası quru və parlaq olur;

- dil quru, qatı, yapışqan seliklə örtülü olur;

- gözlər sönük, axan, körpələrdə əmgək bir qədər batmış olur.

Bədənin susuzlaşması artdıqca, uşağın vəziyyəti daha da ağırlaşmağa başlayır – güclü istilik əmələ gəlir, uşaq su içməkdən imtina edir və demək olar ki, sidiyə getmir, bəzən uşaqda qıcolmalar və sayıqlamalar baş verir.

Məhz buna görə, uşaqlarda qusma və ishal baş verdikdə mütləq evə pediatrı çağırın. Əgər uşağın vəziyyəti tez pisləşirsə, qusma və ishal tez-tez təkrarlanır, fasiləsiz xarakter alırsa, dərhal “təcili yardım” çağırın!

Uşaqda çox da güclü olmayan ishal və qusma zamanı ilk tibbi yardım bunlardan ibarətdir:

1. Uşağı 1 dəqiqə də olsa nəzarətsiz qoymayın. Qusma zamanı maye tənəffüs yollarına düşərək uşağın həlak olmasına səbəb ola bilər.

2. Qusma baş verərkən uşağı otuzduraraq bədənini bir qədər önə əymək lazımdır (bununla siz qusuntu kütlələrinin tənəffüs yoluna düşməsinin qarşısını almış olursunuz). Əgər uşaq xeyli zəiflədiyi üçün otura bilmirsə, onu yatağa uzatmaq və bu zaman başını mütləq yana çevirmək, balışı götürmək lazımdır.

3. Əgər uşağın hərarəti yüksək olarsa, onu mütləq aşağı salmağa cəhd edin (yaşına uyğun olan dozada hərarətsalan dərman verin və ya uşağın düz bağırsağına şam qoyun).

4. Hər nəcis ifrazından sonra kiçik uşağı ilıq su ilə yuyun, dərisini toxundurucu hərəkətlərlə dəsmalla qurudun və xüsusən də anal dəlik ətrafına uşaqlar üçün olan xüsusi krem sürtün.

5. Uşağa “smekta” preparatını verin. 1 yaşınadək olan uşaqlara smekta preparatını günə 1 paket olmaqla, 1 yaşından 2 yaşınadək günə 2 paket olmaqla, 2 yaşından yuxarı olanlara isə günə 2-3 paket olmaqla təyin edirlər. 1 smekta paketini 50 ml qaynadılmış ilıq suda həll edib gün ərzində 1 neçə dəfə uşağa içirtmək lazımdır.

6. Uşağa mütləq su balansını bərpa edən məhlullar (məsələn, “rehidron”) içizdirin. Rehidron paketini 1 litr qaynanmış ilıq suda həll etmək lazımdır. Mayenın bir neçə qaşığını (körpələrdə - 2-3 çay, bir qədər böyük uşaqlarda – 2-3 xörək qaşığı) uşağa hər qusmadan və ya ishaldan sonra az miqdarlarda içizdirmək lazımdır. Dehidratasiya üçün olan mayeləri birdən çoxlu miqdarda içizdirmək olmaz! Bu, qusmaya səbəb ola bilər.

7. YADDA SAXLAYIN! Əgər uşağın 1 yaşı tamam olmayıbsa, ona duzlu məhlulları verməmişdən əvvəl 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırmaq lazımdır! Uşaqda susuzlaşma əlamətləri əmələ gəldikdə isə dərhal “təcili yardım” çağırmaq lazımdır!

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri