İşi ver iş bacarana!
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən Sabirabad şəhərində əmək yarmarkası təşkil olunub.
Mil–Muğan Regional Məşğulluq filialından mətbuata verilən məlumata görə, yarmarkaya 14 müəssisə tərəfindən, ümumilikdə, 100-ə yaxın boş iş yeri təqdim edilib. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400–1280 AZN arasında olub.
Vətəndaşlar Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə hazırlığı istiqamətində də məlumatlandırılıblar.
Yarmarkada 165 işsiz və işaxtaran şəxs qeydiyyatdan keçib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 May 2025 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















