İŞİD in ikinci lideri məhv edildi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“İŞİD-in qlobal miqyasda ikinci lideri məhv edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.
O bildirib ki, onun göstərişi ilə Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri birgə əməliyyat keçirərək, İŞİD-in yüksəkvəzifəli üzvlərindən biri olan Əbu Bilal əl-Minukini zərərsizləşdirib.
Tramp qeyd edib ki, əməliyyat uzun müddət planlaşdırılıb və “uğurla həyata keçirilib”.
Belə ki, İŞİD-in qlobal strukturunda ikinci şəxs hesab edilən əl-Minuki Afrikada gizləndiyini düşünsə də, ABŞ kəşfiyyatı onun fəaliyyətini izləyib.
ABŞ prezidenti qeyd edib ki, əməliyyat nəticəsində əl-Minuki artıq Afrikada terror fəaliyyətləri həyata keçirə və ya amerikalıları hədəf alan hücumların planlaşdırılmasında iştirak edə bilməyəcək.
Tramp həmçinin bu addımın İŞİD-in beynəlxalq əməliyyat imkanlarına ciddi zərbə vurduğunu vurğulayıb və əməliyyatda əməkdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edib.
Baxış sayı:134
Bu xəbər 16 May 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















