Dəməşqdə İŞİD in lideri saxlanılıb
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriya daxili təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirib və əməliyyat zamanı İŞİD terror təşkilatının Dəməşq üzrə lideri saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallatinin X sosial şəbəkəsində yayımlanan açıqlamasında bildirilib.
Bəyanatda deyilir: “Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyə bölgəsində İŞİD-in dayaq nöqtəsinin məhv edilməsi məqsədilə əməliyyat keçiriblər. Nəticədə Dəməşqdə fəaliyyət göstərən terrorçu dəstənin lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə olunub.”
Əl-Dallatinin sözlərinə görə, əməliyyat yerli sakinlərin təhlükəsizlik qüvvələrini terrorçu dəstənin mövcudluğu barədə məlumatlandırmasından sonra həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















