İŞİD Kanadada azərbaycanlı qadını öldürmək istəyib Foto
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Kanadada İŞİD terror qruplaşmasına üzv olan 3 nəfər həbs edilib. Onlardan biri 18 yaşlı Osman Əzizov adlı Azərbaycan vətəndaşıdır.
Axar.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, Osman Əzizovun üzv olduğu qruplaşma Kanadada yəhudi diaspor qurumlarına qarşı terror törətmək istəyirmiş.
Qrupun hədəfində olanlardan biri də azərbaycanlı olub.
Bu, yəhudi əsilli Esmira Əsədovadır.
Vurğulanıb ki, yəhudi lobbisinin fəallarından olan Esmira Əsədovaya və qeyrilərinə qarşı terror törədilməsi nəzərdə tutulubmuş. İddialara görə, vəkillərinin vəsatəti əsasında Osman Əzizov girov müqabilində sərbəst buraxılıb.
“Amma o, avtomobil oğurluğu, cinsi təcavüz, təhlükəli təyinatlı silahların saxlanması, girov götürmə ittihamı ilə üzləşib” - deyə bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 23 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















