Icma.az
close
up
RU
Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS KONKRET

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kanadada terrorla əlaqəli ittihamlarla üç nəfər saxlanılıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kanada polisi (RCMP) məlumat yayıb.

Məlumatda bildirilir ki, hələ 26 noyabr tarixində Toronto sakini, 26 yaşlı Valid Xan həbs edilib. O, “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqələrdə, terrorçulara pul və əmlak ötürməkdə, eləcə də terror aktları hazırlamaqda şübhəli bilinir.

İş üzrə daha iki Kanada vətəndaşı – 18 yaşlı Osman Əzizov və 19 yaşlı Fahad Sadaat da saxlanılıb. Hər üç şəxsə qadınlara və yəhudi icmasının üzvlərinə qarşı törədilmiş cinayətlər üzrə ittihamlar irəli sürülüb.

Həbslər istintaqın Torontoda və Mississauqa şəhərində bir neçə həftə fərqlə baş vermiş iki hadisə arasında əlaqə aşkar etməsindən sonra həyata keçirilib. Hər iki insident qadınların oğurlanmasına cəhdlə bağlı olub, lakin planlar baş tutmayıb.

Hüquq-mühafizə orqanları şübhəlilərin evlərində axtarış apararaq odlu silahlar, döyüş sursatı, böyük tutumlu daraqlar və digər maddi sübutlar müsadirə ediblər.

Regional polis rəisi Nişan Durayappanın sözlərinə görə, toplanmış sübutlar istintaqın miqyasını genişləndirərək yəhudilərə qarşı nifrət zəminində törədilən cinayətləri də əhatə edib. Bu isə Kanada polisinin prosesə cəlb olunmasına imkan yaradıb.

“Silahlı və koordinasiyalı şəkildə qadınların oğurlanmasına yönəlmiş cəhdlərlə başlayan proses Torontoda və hüdudlarından kənarda terror və nifrət cinayətləri üzrə həbslər və ittihamlarla nəticələndi”, – deyə Durayappa vurğulayıb.

Ümumilikdə iş üzrə 79 ittiham irəli sürülüb. Onların arasında İŞİD-in göstərişi ilə qətllər törətmək məqsədilə sui-qəsddə iştirak da var.

Toronto yəhudi icması bütün səviyyələrdə hakimiyyət orqanlarını ekstremizmə qarşı mübarizəni gücləndirməyə çağırıb.

Kanadada İsrail və Yəhudi Məsələləri Mərkəzinin (CIJA) rəhbəri Noa Şak vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib.

Onun sözlərinə görə, problem xüsusilə bir həftə əvvəl Sidneydə baş verən terror hücumundan sonra daha da kəskinləşib. Həmin vaxt silahlı şəxslər Hanukka bayramını qeyd edən yəhudilərə atəş açıb.

Avstraliya hakimiyyəti Bondi bölgəsindəki insidenti İŞİD-dən ilhamlanan terror aktı kimi qiymətləndirib.

Şak vurğulayıb ki, ekstremizmlə mübarizə aparmaq vacibdir, terror təbliğatı və zorakılığa çağırışlar Kanadanın müxtəlif şəhərlərində səslənib və səslənməkdə davam edir.

Xatırladaq ki, 15 dekabr tarixində Kanadanın İnteqrasiya olunmuş Təhdidlərin Qiymətləndirilməsi Mərkəzi (ITAC) ölkədə yəhudilərə və yəhudi icmasına qarşı hücum riskinin yüksək olduğunu bildirən xəbərdarlıq yayıb.

Sənəddə 2023-cü ildən etibarən antisemitizm zəminində cinayətlərin kəskin artdığı qeyd olunur.

Kanadada son dövrlərdə yəhudi obyektlərinə qarşı qeydə alınan hücumlar arasında:

Vankuver və Monrealda sinaqoqların yandırıcı maddələrlə hücuma məruz qalması;

Holokostun Milli Memorialının təhqir edilməsi;

Ottavada supermarketin koşer bölməsində bir qadına bıçaqlı hücum;

2024-cü ildə Torontoda yəhudi qızlar məktəbinin üç dəfə atəşə tutulması daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Dekabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri