Icma.az
close
up
RU
İSİdə Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib FOTOLAR

İSİdə Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2 dekabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Erasmus layihəsi çərçivəsində Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev, İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, Thessaly Universitetinin Texnologiya Məktəbinin Ətraf Mühit Elmləri Bölməsinin professoru Providas Efthimios və Ioannis Faraslis və digər əməkdaşlar iştirak ediblər.

Əvvəlcə akademik Əli Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə ətraflı məlumat verib.

Akademik qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən “Əşyaların interneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi potensial layihələrdən söz açıb. İdarəetmə sistemləri, robototexnika, optimallaşdırma və modelləşdirmə sahələrində əldə olunan mühüm elmi nəticələrdən bəhs edib.

Azərbaycan və Yunanıstanın elmi və pedaqoji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı öz təkliflərini səsləndirən Ə.Abbasov müasir dövrün tələblərinə cavab verən birgə elmi tədqiqatların aparılmasının önəmini vurğulayıb.

Sonra çıxış edən professor Providas Efthimios təmsil etdiyi elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, çoxşaxəli elmi fəaliyyətə malik universitetdə humanitar və sosial elmlər, mühəndislik, səhiyyə, iqtisadiyyat və biznesin idarə edilməsi, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə tədris həyata keçirilir. Universitetin kadr potensialı barədə məlumat verən alim nəşr fəaliyyəti, beynəlxalq əməkdaşlıq, elmi nəticələrin praktikada tətbiqindən söz açıb. 

P.Efthimios İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkədə elm və təhsilin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra sözügedən ölkələr arasında aktual sahələrdə əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.

Çıxış edən İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev institutda həyata keçirilən aktual elmi tədqiqatlardan və kadr hazırlığı siyasətindən bəhs edib. Elmi və praktiki əməkdaşlığın sözügedən müəssisələr üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edən E.Səbziyev sual və təkliflərini səsləndirib.

İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev çıxış edərək qonaqlara növbəti il İSİ-nin təşkilatçılığı ilə  keçiriləcək “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 4-cü Beynəlxalq Konfrans (PLMO2025), “Kibernetika və İnformatikanın Problemləri” adlı 6-cı beynəlxalq konfrans (PCI2025), “Mühəndislik Problemlərinin Həllində İdarəetmə və Nəzarət” adlı beynəlxalq konfrans (MaCoSEP2025) barədə məlumat verib. İdarəetmə Sistemləri İnstitutu və Yunanıstanın Thessaly Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq elmi konfransların keçirilməsi müzakirə edilib.   

Görüşdə Avropa İttifaqı üzv dövlətləri və proqramla əlaqəli üçüncü ölkələr arasında ali təhsil müəssisələrinin tələbələri və işçi heyəti üçün öyrənmə mobilliyi müzakirə edilib. Sözügedən ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri