Icma.az
close
up
RU
Azərbaycan Universitetinin nümayəndələri Budapeştdə sammitdə Fotolar

Azərbaycan Universitetinin nümayəndələri Budapeştdə sammitdə Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” beynəlxalq sammitində iştirak edirlər.

“Qafqazinfo” xəbər verir ki, ali təhsil sahəsində mühüm platformalardan biri hesab olunan sammit Avropanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini və akademik icma nümayəndələrini bir araya gətirib.

Azərbaycan Universitetini tədbirdə ali təhsil müəssisəsinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edirlər.

“Avropanın istedad və innovasiya üstünlüyünün gücləndirilməsi” mövzusuna həsr olunan sammit çərçivəsində ali təhsildə müasir çağırışlar, beynəlmiləlləşmə, innovativ inkişaf, elmi əməkdaşlıq və universitetlərarası tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində universitet nümayəndələri müxtəlif ölkələrdən olan ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlər keçirir, gələcək əməkdaşlıq imkanları, akademik mobillik, elmi-tədqiqat fəaliyyəti və ali təhsilin idarə olunmasında innovativ yanaşmalar ətrafında fikir mübadiləsi aparırlar.

Sammitdə iştirak Azərbaycan Universitetinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal akademik əlaqələrin inkişaf etdirilməsi və ali təhsil məkanında universitetin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsidir. Universitet beynəlxalq təhsil platformalarında fəal iştirak etməyə, akademik tərəfdaşlıq əlaqələrini genişləndirməyə və qlobal ali təhsil məkanına inteqrasiyanı gücləndirməyə bundan sonra da xüsusi əhəmiyyət verməyə davam edəcək.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri