İşığa görə bildiriş 6 aydan sonra gəldi, limiti keçmiş kimi hesablandı Video
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bakı sakini elektrik enerjisindən istifadəyə görə ona əlavə borc yazıldığını iddia edir.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, şikayətçi Vüqar Həsənov deyir ki, evinə 6 ay elektrik borcu ilə bağlı bildiriş gəlməyib. 6 ay ərzində istifadə edilən elektrik enerjisinin borcu isə birdəfəyə, limiti keçmiş kimi hesablanıb. Buna görə də, elektrik borcu artıq yazılıb.
Paytaxtın Xətai rayonu, Əliağa Şıxlınski ünvanında yaşayan Vüqar Həsənov deyir ki, fevral ayından bəri elektrik enerjisindən istifadəyə görə evinə bildiriş gəlməyib.
Abonent deyir ki, məsələ ilə bağlı “Azərışıq” ASC-yə dəfələrlə müraciət edib. Ona “şikayətinizə baxılacaq” deyilib, lakin nəticəsi olmayıb.
Binadakı sayğaclar da zirzəmidə, dəmir barmaqlıqlar arasında olduğu üçün vətəndaş sayğacına özü baxa bilmir.
Məsələ ilə bağlı “Azərışıq” ASC-yə müraciət etdik. Qurumdan “Xəzər TV”yə bildirilib ki, abonentin sayğacında problem olub və dəyişdirilib. Köhnə sayğacın laborator nəticəsi açıqlanandan sonra vətəndaşa yekun qəbz gələcək. Burada isə heç bir insan müdaxiləsi olmadığı üçün borc elektrik sərfiyyatına uyğun olacaq.
Daha ətraflı videomaterialda...
Baxış sayı:84
Bu xəbər 13 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















