Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

İşığa təşnəlik

İşığa təşnəlik

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmza var, oxuyursan, müəllifi tanımağa çalışırsan, bir obraz yaradırsan öz aləmində. İmza da var, müəllifi görmək, tanımaq imkanın olur, amma sonra tərifləyənlər olsa da, oxuya bilmirsən.

O isə fərqlidir. İmzasını görəndə sevinirsən, qaranlıqda işıq tapan kimi. Özünü görəndə insanları sevirsən - insanlığı görən kimi. Zemfira Məhərrəmli belədir. Yazıları, yazı dili aydın, anlayışlı, şirin - özü kimi.

Mən, dünyaca məşhur olsalar da, insanları bədbəxt olduqlarına inandırmağa yönləndirən, həyatdan bezdirən əsərləri, müəllifləri sevmədim. Hər kəsin işığı olmalıdır və o işığı paylaşmalıdır.

Həyat - yaşam asan deyil, problemlər, çətinliklər, ağrı-acılar olur. Yazıçının ustalığı o işığı tapmağa kömək etməkdir, o işığı göstərə bilməkdir. Zemfira Məhərrəmli belələrindəndir: özü də, sözü də işıqpaylayandır, sevimlidir, seviləndir, sevgi doludur.

Zemfira xanım addım-addım gəzib bütün yaradıcılıq yollarını, bütün  mərhələrindən keçib, pillə-pillə yüksəlib. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib əmək fəaliyyətinə müxbir kimi başlayıb.

İndi isə mən tələbə həyatından sonra müxbir kimi çalışmağa başlayan pedaqoq alim, yazıçı, publisist Zemfira xanımdan - Əməkdar jurnalist Zemfira Məhərrəmlidən danışıram. Bu illərdə o, böyük bədii, elmi, publisist söz xəzinəsi yaradıb. Baxdığım son tamaşa Zemfira Məhərrəmlinin son əsərlərindən olan "Ümid işığı"dır. Tamaşaya baxanda mövzusundan çox əsərin verdiyi mesajı düşündüm. Adi baxışla mühakimə yürütsək, gənclərin dolaşıb qaldıqları məhəbbət mövzusudur. Amma diqqətli oxucu, tamaşaçı, valideyn, vətəndaş, insan kimi düşünsək, bir pedaqoq-yazıçının bizə məsləhətidir: ailədə qarşılıqlı anlaşma mühümdür. Uşaqlara yalnız övlad kimi baxmayın - onların hər biri ayrı fərddir, şəxsiyyətdir. Onlarla dost olun. Sirdaş olun. Sizinlə bölüşsünlər.  Kənarda özlərinə sirdaş axtarıb, daha böyük səhvlərə yol verməsinlər. Zemfira xanımın çox yazılarında bunu izləyirsən. Hadisələrə, həyata münasibəti yaradıcı olsa da, pedaqoq yazıçı olmaya da bilər. Amma bir söz adamının, yazıçının pedaqoq olması üçün çox vacibdir. O öz yazılarında mütləq cəmiyyətə - insanlara doğruya üz tutmağı, problemlərə düzgün yanaşmağı, sevinməyi bacarmağı... və bu kimi mesajlar ötürməlidir. Zemfira Məhərrəmli bunu bacarır.

Onun dissertasiya mövzusu da diqqətimi çəkdi. Jurnalistika fakültəsinin məzununun "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalında tərbiyə problemi"  mövzusunda müdafiə etməsi də maraqlı oldu mənimçün. Bu elmi tədqiqat işinin pedaqogikaya və jurnalistikaya nəzəri yenilik gətirən bir əsər kimi qiymətləndirilməsi də təsadüfü deyil. Bu fərqlilik onun yazılarında da hiss olunur. Onun publisitikasında, hekayələrində, ümumilikdə yaradıcılığında bir öyrətmən yanaşması var. Məsələn, "12 yaşın sevinci" kiçik bir hekayədir - bədbəxt bir ailənin kədərli həyat hekayəsi. İçki aludəçisi ata, xəstə ana və bu ağır yükün altında böyüyən uşaq. Bu bədbəxtliyi necə çözür yazıçı? Qələbə ilə! Pula ən çox ehtiyacı olduğu vaxtda 12 yaşlı oğlan zorakılığa məruz qalmış gənc qızın bahalı telefonunu tapır. Telefonu sahibinə qaytarmaqla bir ailəyə sevinc yaşatması onun içində olan saf duyğuların, dürüstlüyün, sevginin qələbəsidir. Bu qələbə sevincini 12 yaşlı oğlan bir ailəyə yaşadır və özü də yaşayır. Qızın anası çoxlu hədiyyələrlə məhz oğlanın doğum günündə onlara gəlir, onun alicənablığından, gözəl tərbiyə görməsindən söz açır. Və bu zaman hekayənin əsas mahiyyəti aydın olur: Oğlu haqqında xoş sözlər eşidən sərxoş ata ayılır, xəstə ana yataqdan qalxır... Nağıllardakı kimi xeyir qalib gəlir! 

Zemfira xanımın ən çox sevdiyim cəhəti onun yazılarında işığın olmasıdır. Onun qəhrəmanlarının oxucuya da yansıyan Ümid işığı var. İnsanın özünü görməsi var. Zemfira xanım deyir ki, hər insan səhv edə bilər, yanlış seçə bilər yolunu. Amma hər bir insan da öz səhvini görə də bilər, öz yanlış yolundan dönə də bilər. "Özünüzə baxmağı, özünüzü görməyi bacararsınız" deyir oxucusuna.

Onun yaradıcılığında müxtəlif mövzular, eləcə də Vətənpərvərlik, Qarabağ mövzusu özünəməxsusluğu ilə seçilir. Qələbədən əvvəl də, sonra da bu, onun mövzusudur: "Döyüşə qızlar gedir", "Qarabağda savaş var", "Ötür durna qatarı", "40 qız dastanı" kimi nəsr nümunələri bunun göstəricisidir. Zemfira xanım təkcə bu mövzuda yazmayıb, həm də bu mövzuda yazan müəlliflərin yaradıcılığına nəzər salıb, təhlil edib və oxuculara təqdim edib. Dəyərli Vaqif Yusiflinin qeyd etdiyi kimi, "Zemfira Məhərrəmli müasir nəsrimizdə, publisistikamızda Qarabağ həqiqətlərini əks etdirən əsərlər haqqında yazıları ilə mətbuatda çıxış edib və o yazılar heç də faktların sıralanması deyil, Qarabağ ruhunu - Azərbaycançılıq ideyasını nəsrimizdə və publisistikamızda ədəbi hadisəyə çevrilə biləcək nümunələridir".

Zemfira Məhərrəmli yaradıcılığının mənəvi yükü, klassik səslənsə də, tərbiyəvi əhəmiyyəti çoxdur. Onun yazılarında bütün gözəl duyğuları qoruyan, yaşadan sevgi öndədir. Həyata sevgi ilə dopdoludur özü də, yaratdıqları da. Zemfira xanım ruhən, içdən duyduqlarını yazır. Onun dilinin belə rahat anlaşılması, aydın olması bunun nəticəsidir.

Zemfira xanımın özünün dediyi kimi: "Deyirlər, hər bir qələm sahibinin həyatı onun sənət, yaradıcılıq taleyinə güzgü tutur, işıq salır". Zemfira xanımın bu işığı var: həyat yoldaşı, qadın, ana, nənə, yazar kimi. Yaradıcılığı da belə işıqlıdır. Həyatı yaradıcılığına, yaradıcılığı həyatına işıq salır. Bu işığın oxuculara ötürə bilməsi  Zemfira xanımın yaradıcı adam kimi xüsusi istedadıdır. Və bu işıq həmişə qaranlığa qənim olacaq.

Kamalə ABİYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri