Icma.az
close
up
RU
İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər Məhkəmə

İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər Məhkəmə

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Report-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır:

"Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim şöbədə əvvəllər ən çox 15 uşaq olurdu. Bir il ərzində uşaqların sayı artmışdı. Son vaxtlar mərkəzdə 18 uşaqla işləyirdim. Bizim şöbənin rəisi Məryəm xanım idi".

Şahidin sözlərinə görə, şöbədə istifadə edilən elektrik uzadacılarını cihazlara özləri qoşub: "Elektrik uzadıcıları ilə bağlı hər hansı bir təlimat verilməmişdi. Uşaq sayı çox olduğuna görə əlavə uzadıcılara da ehtiyac olurdu. Əvvəllər bu uzadıcılardan istifadə edilmirdi. Mənə yanğın təhlükəsizliyi, eləcə də tibbi avadanlıqların birləşdirilməsi ilə bağlı hər hansı bir təlim keçirilməyib. Əgər, belə bir təlim olubsa da mən orada iştirak etməmişəm".

Şahidin ifadələri arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Firuzə Məmmədova ibtidai istintaq zamanı deyib ki, mərkəzdə xəstə sayı normadan iki dəfə çox olub:

"Bununla bağlı işçilər Mehriban xanıma etirazlar edirdi. O,"işləmək istəməyəni məcbur saxlamırıq, kim işləmirsə, ərizəsini yazıb işdən çıxa bilər" deyirdi. Mərkəzin əməkdaşı Təbriz Nəzərli elektrik uzadıcılarının panellərə qoşulmamasını tapşırmışdı".

Şahid Günel Həsənova deyib ki, 2021-ci ildən yanğın baş verənə qədər Respublika Perinatal Mərkəzində tibbi bacısı işləyib:

"Növbəni təhvil alanda gördüm ki, mərkəzdə yanğın baş verib. Oradakı uşaqları başqa xəstəxanalara yerləşdirmişdilər. Bununla bağlı həmin xəstəxanalara ezam olunmuşduq. Şöbədə uşaq həddən artıq çox idi. Mehriban xanım gələndən sonra otaqların sayı artdı. Bununla bağlı şikayət edirdik. Onlar kim işləmək istəmirsə, çıxa bilər deyirdilər. Dəfələrlə Məryəm xanıma bu qədər uşağa baxmağa işçilərin gücünün çatmadığını demişdik. Mehriban xanım bizimlə acı dillə danışırdı. İşin ağırlığından şikayət edəndə o, mənə qapını göstərmişdi".

Şahid İlahə Nuriyeva deyib ki, o da mərkəzdə tibb bacısı işləyib:

"Uşaqların çoxluğu ilə bağlı Mehriban xanıma bildirmişdik. Ona demişdim ki, səhhətimlə bağlı çatdıra bilmirəm. O, yaxşı olacağını deyirdi. Son bir il ərzində şöbəyə uşaq çox gəlirdi, buna görə də elektrik uzadıcılardan istifadə etməyə məcbur olurduq. Bununla bağlı qadağa qoyulmamışdı. Hərdən otaqdan qoxu gəlirdi, eləcə də uzadıcını panelə qoşanda cərəyan vururdu. Yanğın təhlükəsizliyi ilə bağlı uzun müddət əvvəl təlim keçirilmişdi. Mən bu təlimdə bir dəfə olmuşam".

Növbəti iclas sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.


İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.


Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri