Icma.az
close
up
RU
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər

Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə: İşin ağırlığından şikayət edəndə qapını göstərirdilər

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır:

"Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim şöbədə əvvəllər ən çox 15 uşaq olurdu. Bir il ərzində uşaqların sayı artmışdı. Son vaxtlar mərkəzdə 18 uşaqla işləyirdim. Bizim şöbənin rəisi Məryəm xanım idi".

Şahidin sözlərinə görə, şöbədə istifadə edilən elektrik uzadacılarını cihazlara özləri qoşub: "Elektrik uzadıcıları ilə bağlı hər hansı bir təlimat verilməmişdi. Uşaq sayı çox olduğuna görə əlavə uzadıcılara da ehtiyac olurdu. Əvvəllər bu uzadıcılardan istifadə edilmirdi. Mənə yanğın təhlükəsizliyi, eləcə də tibbi avadanlıqların birləşdirilməsi ilə bağlı hər hansı bir təlim keçirilməyib. Belə bir təlim olubsa da, mən orada iştirak etməmişəm".

Şahidin ifadələri arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Firuzə Məmmədova ibtidai istintaq zamanı deyib ki, mərkəzdə xəstə sayı normadan iki dəfə çox olub:

"Bununla bağlı işçilər Mehriban xanıma etirazlar edirdi. O isə "işləmək istəməyəni məcbur saxlamırıq, kim işləmirsə, ərizəsini yazıb işdən çıxa bilər" deyirdi. Mərkəzin əməkdaşı Təbriz Nəzərli elektrik uzadıcılarının panellərə qoşulmamasını tapşırmışdı".

Şahid Günel Həsənova deyib ki, 2021-ci ildən yanğın baş verənə qədər Respublika Perinatal Mərkəzində tibbi bacısı işləyib:

"Növbəni təhvil alanda gördüm ki, mərkəzdə yanğın baş verib. Oradakı uşaqları başqa xəstəxanalara yerləşdirmişdilər. Bununla bağlı həmin xəstəxanalara ezam olunmuşduq. Şöbədə uşaq həddən artıq çox idi. Mehriban xanım gələndən sonra otaqların sayı artdı. Bununla bağlı şikayət edirdik. Onlar kim işləmək istəmirsə, çıxa bilər, deyirdilər. Dəfələrlə Məryəm xanıma bu qədər uşağa baxmağa işçilərin gücünün çatmadığını demişdik. Mehriban xanım bizimlə acı dillə danışırdı. İşin ağırlığından şikayət edəndə o, mənə qapını göstərmişdi".

Şahid İlahə Nuriyeva deyib ki, o da mərkəzdə tibb bacısı işləyib:

"Uşaqların çoxluğu ilə bağlı Mehriban xanıma bildirmişdik. Ona demişdim ki, səhhətimlə bağlı çatdıra bilmirəm. O, yaxşı olacağını deyirdi. Son bir il ərzində şöbəyə uşaq çox gəlirdi, buna görə də elektrik uzadıcılardan istifadə etməyə məcbur olurduq. Bununla bağlı qadağa qoyulmamışdı. Hərdən otaqdan qoxu gəlirdi, eləcə də uzadıcını panelə qoşanda cərəyan vururdu. Yanğın təhlükəsizliyi ilə bağlı uzun müddət əvvəl təlim keçirilmişdi. Mən bu təlimdə bir dəfə olmuşam".

Növbəti iclas sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Avqust 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see221

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see155

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see153

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see149

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see143

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see143

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see142

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see142

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see137

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see133

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see132

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see131

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see127

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see126

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see125

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see125

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see124

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see124

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see120

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri