İskəndəryan: Qarabağ məsələsi bitib, Moskva bölgəyə qayıda bilməz
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukrayna müharibəsindən sonra Rusiyanın xarici siyasətində dəyişikliklər olsa da, bu situativ xarakterli olacaq. Bu hər hansı inqilabi dəyişikliklər formasında olmayacaq. Bir sözlə, Rusiya bir də batdığı bataqlığa ikinci dəfə girmək istəməyəcək”.
Ölkə.Az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.
Onun fikrincə, Rusiyanın Cənubi Qafqaz siyasətində də təhdid yaradacaq kordinal dəyişiklik olmayacaq. “Çünki Cənubi Qafqazdakı konfiqurasiya tamamilə fərqlidir.
Konfiqurasiyada dəyişiklik olduğundan Rusiyanın əvvəlki mövqelərini bərpa etməsi qeyri-mümkündür. Rusiya Ermənistan-Azərbaycan münaqişəsi vasitəsilə təsir imkanlarını saxlayırdı. Rusiya Qarabağ problemindən istifadə etməklə həm Ermənistan, həm də Azərbaycana təsir edirdi. Artıq Qarabağ problem aradan qalxıb və belə bir problem yoxdur. Əgər konfiqurasiya dəyişibsə və təsir imkanları aradan qalxıbsa, Rusiya necə təsir edəcək və ya geri qayıdacaq. Bu sadəcə mümkün deyil”, - İskəndəryan qeyd edib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 20 Fevral 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















