Aleksandr İskəndəryan: “Azərbaycana qarşı sanksiya olmayacaq”
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Beynəlxalq ictimaiyyətin Azərbaycanı Ermənistanla müqavilə imzalamağa məcbur edə biləcəyi bir vəziyyəti təsəvvür edə bilmirəm”.
“Cebheinfo.az” xəbər veir ki, bunu Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan martın 21-də İrəvanda keçirilən “Gələcək tufan: Qlobal dünya nizamının böhranı kontekstində Cənubi Qafqazın regional təhlükəsizliyi” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərlə söhbətində deyib.
“İstifadə olunan alətlər, yəni bəyanatlar, dövri söhbətlər kifayət etmir. Mən nəzəri cəhətdən istifadə oluna biləcək başqa vasitələri təsəvvür edə bilmirəm. Qərb razılaşdığı alətlərdən – sözlərdən istifadə edir”, - deyən İsgəndəryan Azərbaycana qarşı sanksiyaların tətbiqini real hesab etməyib:
“Nəzəri cəhətdən Azərbaycana hamıdan - Rusiyadan, Avropadan, Amerikadan, Türkiyədən, İrandan sanksiyalar təsir edə bilər. Amma bunu təsəvvür edə bilərsinizmi? Mən yox" .
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Mart 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















