Icma.az
close
up
RU
İslam dini özünü “Peyğəmbər” adlandıranlara necə münasibət sərgiləyir? VACİB MƏQAMLAR KONKRET

İslam dini özünü “Peyğəmbər” adlandıranlara necə münasibət sərgiləyir? VACİB MƏQAMLAR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suraxanı rayonunun Əmircan qəsəbəsində Ələsgər Musayev adlı bir şəxs özünü “peyğəmbər”elan edib. Ə.Musayev özüylə bağlı müxtəlif videomateriallar paylaşır. Guya ki, o Allahın yer üzündəki növbəti “elçisi”dir.

İslama görə bir şəxsin özünü Peyğəmbər elan etməsi hansı dini hökmə tabedir və bu cür iddiaların yayılması cəmiyyət üçün hansı mənəvi və dini təhlükələr yarada bilər?

Mövzu ilə bağlı İlahiyyatçı Fazil Əhməd KONKRET.az-a açıqlamasında bildirib ki, bütün Şərq ölkələrində belə bir tendensiya müşahidə olunur:

“Müəyyən şəxslər özlərini peyğəmbər elan edir, şəriət məsələləri qondarır və mövcud ənənəvi məzhəbləri, şəriət qaydalarını tənqid edirlər. Azərbaycanda olduğu kimi, digər Şərq ölkələrində də iki ənənəvi məzhəb mövcuddur. Bu iki məzhəbin bir-birinə olan tolerant münasibəti Azərbaycanda dini dözümlülük məsələsinin ön planda olduğunu sübuta yetirir. Bu, həm də bütün Şərq ölkələri üçün nümunədir. Azərbaycanda tolerantlıq və multikulturalizmin son 10-15 ildə dövlət səviyyəsində nümayişi müşahidə edilir. Lakin bu tolerantlıq və dini dözümlülüyə zidd olan bəzi bidətçi və xurafatçı cərəyanların yaranması məsələni mürəkkəbləşdirir”.

İlahiyyatçı qeyd edir ki, ənənəvi məzhəblər artıq bir-birindən parçalanıb Lakin bu parçalanma radikalizmdən uzaq, mehriban münasibətlərlə müşayiət olunur.

“Bununla yanaşı qeyri-ənənəvi tendensiyaların mövcudluğu cəmiyyətə yad elementlərin din adı ilə daxil olmasına gətirib çıxarır. Məsələn, ənənəvi məzhəblər 1400 ildir ki, ərəb dilində bəzi dini ayinləri icra edirlər. Məsələn, namaz ərəb dilində qılınır. Lakin, bir qrup bu ənənəyə qarşı çıxaraq, namazın hər kəsin öz dilində qılınmalı olduğunu irəli sürür. Azərbaycanda müxtəlif etnik qruplar var və hər birinin öz dili mövcuddur. Bu, tamamilə absurd bir məsələdir. Çünki namaza çağırış bütün müsəlman ölkələrində, hətta qərb dövlətlərində də ərəb dilindədir”.

F. Əhməd vurğulayır ki, Qurani-Kərimin Məzhəb Surəsinin 40-cı ayəsində Peyğəmbərliyin sona çatdığı bildirilir.

“Yeni peyğəmbərlik iddiaları ilə bağlı müzakirələrdə bu ayə əsas götürülməlidir. Həmçinin, Nəbi və Rəsul arasında fərq var. Nəbi xəbər gətirəndir, amma Rəsul yeni bir kitab gətirməlidir. Rəsul olan Peyğəmbərlər hər biri yeni bir kitabla gəliblər. Özünü peyğəmbər elan edən şəxs yeni bir kitab gətirməyibsə, bu iddia nə dərəcədə doğru ola bilər?”

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri