Icma.az
close
up
RU
Deputatdan özünü peyğəmbər adlnadıran şəxsə REAKSİYA

Deputatdan özünü peyğəmbər adlnadıran şəxsə REAKSİYA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gün öncə Facebook platformasında yeni qalmaqallı video yayılıb. Belə ki, özünü “peyğəmbər” kimi təqdim edən bir nəfər insanlardan qazanclarının yarısını ona vermələrini tələb edir. Həmin şəxsin çıxışı həm dini, həm hüquqi, həm də psixoloji baxımdan ciddi narahatlıq doğurub. Yayılan görüntülərdə özünü “peyğəmbər” adandıran şəxs bunları deyir: 
“Bu dünyada nə qədər adam varsa, kimin nə imkanı varsa, onun yarısını mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın və dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan sonra mənəm. Ona görə də Allah-Təala mənə cənnət verir, kef verir. 
Kimin nə qazancı varsa, yarısı mənimdir. Mən kef edəcəyəm, bu, mənim haqqımdır. Kim ki məni ağıl gözü ilə görür və başa düşür, haqqımı versin”.
O, həmçinin, yayımladığı videoda telefon nömrəsini və harada, nə vaxt görüşə biləcəyini də açıqlayır:
“Mən hər gün Bakıdakı Nizami Gəncəvi adına parkda oluram, Ağ Şəhərdə yerləşir. Saat 18:00-dan 20:00-a qədər həmin parkda oluram. Hər bir adam məni görməyə gələ bilər, əgər saf və doğru niyyəti varsa. Amma kim şər niyyətlə üstümə gələrsə, Allah onu vuracaq. Kim olursa-olsun!”
 

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, əslində belə bir şəxsin peyda olması, pul istəməsi, özünü "peyğəmbər" və ya "Mehdi" kimi təqdim etməsi təəccüblü deyil:

"Çünki Azərbaycan cəmiyyətində bunun xeyli tərəfdarı olan diplomlu, oxumuş şəxslər çıxa bilir. Elə-belə bu ortaya çıxmır, münbit mühit var. Bu şəxs də belə bir mühiti nəzərə alaraq bu cür addım ata bilər. Onun psixoloji sarsıntısı da ola bilər. Cəmiyyətin müəyyən hissəsi VIII, XVI və ya XXI əsrdə hansısa Mehdinin varlığına özünü inandırırsa, deməli, bu xəstələrin başqa formada ortaya çıxması normaldır. Ona görə də mən burada təəccüblü heç nə görmürəm".

Komitə sədri vurğulayıb ki, buna hər hansı təsir imkanı yoxdur:

"Çünki cəmiyyətin özünün elə bir durumda olduğunu görürük ki, məhz Azərbaycan cəmiyyətində belə şəxslər ortaya çıxa bilərlər. Şeyx Nəsurullah İsfahanda yox, Azərbaycana gəlib ölü dirildirdi. İsfahanda kimə desən gülərdi ki, ölü dirilməz. Azərbaycanda bunu edə bilirsə, indi də eyni situasiyadır. Mən Azərbaycanda bir neçə nəfər guya ağlı başında, tanınmış sayılan adamların "Mehdi", "qurtarıcı" inancına bağlandığını görürəmsə, niyə də belə adamlar ortaya çıxmasın. Belə adamlar da yəqin ki, onu nəzərə alaraq, münbit məkanda bazara daxil olmaq və bu yolla fırıldaqla pul qazanmaq istəyirlər. Bu, təəccüblü deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri