Icma.az
close
up
RU
Azərbaycanda milli və dini tolerantlıq belə həyata keçirilir VACİB MƏQAMLAR KONKRET

Azərbaycanda milli və dini tolerantlıq belə həyata keçirilir VACİB MƏQAMLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi demək deyil. Artıq dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görürük.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirib ki, tolerantlıq Avropadan keçmiş bir termindir.

“Azərbaycan xalqı həm milli, həm də dini baxımdan tolerant dövlət olub. Bu terminə əhatə etdiyi mahiyyətə görə Avropa və bəzi qərb ölkələrində ehtiyac olub. Münaqişələr, ziddiyyətlər, müxtəlif dözümsüzlük halları baş verdiyinə görə həmin yerlərdə tolerantlığa ehtiyac duyulub. Şühbəsiz ki, Azərbaycanda bu, bərqərar olunub. Ənənvi şəkildə tolerant olsaq da, bu gün o, elmi-nəzəri şəkildə və eyni zamanda tədqiqat baxımından həyata keçirilir. Nəzarətdə saxlanılır. Toleranlığı Azərbaycanda harmoniya adlandırmaq olar. Millətlərarası, dini konvensiyalar, dini inanclar arasında bir harmoniya var. Onu vurğulamaq lazımdır ki, bizim millətimizin tolerantlığı tarixi köklərindən süzülüb gələn ənənəvi münasibətlərə dayanır. Bu, bizim təbii potensialımız nəticəsində meydana gəlir. Şübhəsiz ki, aidiyyatı dövlət qurumları da bu məsələni daima nəzarətdə saxlayır. Qorunması, yaşanması üçün gələcək nəsillərə də bu və daha da inkişaf etmiş şəkildə ötürülməsi üçün işlər görülüb. Burada şübhəsiz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri, fəaliyyəti mütləq qeyd etmək lazımdır. Biz məsələyə dini tolerantlıq sarıdan yanaşsaq, bununla bağlı xarici təhdidlərin, müdaxilələrin, təsirlərin özünü büruzə verdiyini görə bilərik. Ona görə də bu mühitin qorunub saxlanmasında tolerantlıq sahəsində müxtəlif işlər görülməlidir. Ən əsası budur ki, təməlləri artıq atılıbdır. Qeyd etdiyim kimi dövlət nəzarəti burada əsas rol oynayır. Dövlət rəhbərliyi məsələnin inkişaf etdirilməsi üçün maliyyə ayırıb, dəstək göstərib. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyət göstərməsi, orada bir çox müsəlman ölkələrindən üstün tədris sisteminin bərqərar olunması, dövlət üçün yararlı və mənəvi dəyərlərimizə fayda verən dini kadrların yetişdirilməsi bunun bariz nümunəsidir.”

İlahiyyatçı qeyd edib ki, milli tolerantlıq baxımından də Azərbaycanda işlər görürülüb. Ümumiyyətlə, Azərbaycanda yaşayan millətlərin, etnik qrupların arasında ziddiyyət, anlaşmazlıq, gərginlik müşahidə olunmayıb.

“Sadecə olaraq xarici təhdidlər, kənar müdaxilələr müşahidə edilib. Bu da aidiyyatı dövlət qurumlarının ayıq-sayıqlığı, eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kadrlarının fəaliyyəti nəticəsində aradan qaldırılıb. Bu mühiti yaşatmaq, inkişaf etdirmək lazımdır. Əsasən bizim yeni və milli kadrlarımız yetişməlidir. Azərbaycanın özünü İslam modeli formalaşmalıdır. Bizim özümüzün milli, dövlətçi kadrlarımız yetişməlidir. Hesab edirəm ki, bizim tolerantlığımız daha da möhkəmlənəcək. Bir məsələ var ki, xaricdə təhsil almış və yaxud da xaricin təsirində olmuş bəzi insanlar burada din adı altında dini liderliyə can atır, dini kütləni ələ almağa cəhd edirlər. Bu da təbii ki, mənfi niyyətlərə xidmət edən bir məsələdir. Elm inkişaf etdiyi kimi din də inkişaf edir.”

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see144

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see142

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see139

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see134

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see122

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri