Icma.az
close
up
RU
İslam Kərimov: Digər ölkələrdən gələn komandaların səviyyəsi çox yüksək idi

İslam Kərimov: Digər ölkələrdən gələn komandaların səviyyəsi çox yüksək idi

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Qubada baş tutan II "Ulduz Cup" beynəlxalq turnirində digər ölkələrdən gələn komandaların səviyyəsi yüksək olub".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin aşağı yaş qrupları üzrə koordinatoru İslam Kərimov deyib.

Mütəxəssis turnirin qalibi olmaları ilə bağlı təəssüratlarını bölüşüb: "II "Ulduz Cup" turnirində 12 komanda iştirak etdi. Bunlardan 8-i başqa ölkələri təmsil edirdi. Azərbaycan isə 4 komanda ilə təmsil olunurdu. Komandalar 3 qrupa bölünmüşdü. "Neftçi" C qrupunda "Şaxtyor" (Qazaxıstan), "Paxtakor" (Özbəkistan) və "Sabah"la (Azərbaycan) eyni qrupa düşmüşdü. Komandamız ilk görüşdə "Şaxtyor" (1:1) və "Sabah"la (0:0) heç-heçə oynadı, "Paxtakor"u isə 1:0 hesabı ilə məğlub etdi. Yarımfinalda "Neftçi" "Dinamo"ya (Tbilisi, Gürcüstan) rəqib oldu. 11 metrlik cərimə zərbələrindən sonra komanda finala yüksəldi və "Paxtakor"a rəqib oldu. Finalda 5:4 hesabı ilə qələbə qazanan komandamız qızıl medallara yiyələndi. Turnirin ən yaxşı qapıçısı seçilən Elmar Abbaslı ümumilikdə rekord sayda - 7 penalti zərbəsini dəf etdi".

O, rəqiblərin səviyyəsini qabardıb: "Digər ölkələrdən gələn komandaların səviyyəsi çox yüksək idi. Xüsusən də Gürcüstan və Özbəkistan təmsilçilərini qeyd etmək istərdim. Hətta deyərdim ki, "Paxtakor" "Dinamo"dan daha yüksək səviyyədə idi. Özbəkistanda futbol inkişaf edir. Ölkənin əsas komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Özbəkistanda uşaq futbolu da sürətlə inkişaf edir".

Qeyd edək ki, "Neftçi" II "Ulduz Cup" beynəlxalq turnirinin finalında "Paxtakor"u penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri