Icma.az
close
up
RU
Aslan Kərimov: “Komandaların potensialı eynidir”

Aslan Kərimov: “Komandaların potensialı eynidir”

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanlı futbol mütəxəssisi Aslan Kərimov “Apasport”a müsahibə verib.

​– Qarşılaşma haqqında ümumi gözləntiləriniz nədir?
– Hər şeydən əvvəl, yenidən Azərbaycan futbol azarkeşlərini Çempionlar Liqasının himni səslənən möhtəşəm bir matç gözləyir. Sözün əsl mənasında bu, əsl futbol bayramına çevriləcək. Oyun Olimpiya Stadionunda keçiriləcək və böyük ehtimalla, hamımız çox baxımlı, həyəcanlı bir qarşılaşmanın şahidi olacağıq.  

​– "Slaviya Praqa" haqqında nə demək olar? Komandaların şanslarını necə dəyərləndirirsiniz?
– Çempionlar Liqasının liqa mərhələsində zəif rəqib anlayışı, demək olar ki, yoxdur. Lakin "Barselona", "Real Madrid", "Çelsi" və ya "Dortmund" kimi nəhənglərlə müqayisədə "Slaviya" ilə matç “Sabah”ın xal qazanması üçün daha əlverişli imkan yaradır. Əslində, hər iki komandanın potensialı bərabərdir. Rəqib tərəf Çempionlar Liqasında və Avropa Liqasında dəfələrlə çıxış etmiş böyük təcrübəyə malik klubdur. Bizim təmsilçimiz isə bu turnirdə yeni addımlayan, liqa mərhələsinə yeni yüksəlmiş komandadır. Buna baxmayaraq, meydanda şanslar 50-nin 50-yədir. Hər iki tərəf bu oyuna xal qazanmaq imkanı kimi baxır.  

​– Komandaların üstün və zəif tərəfləri hansılardır? Mütəxəssis gözü ilə oyunu necə oxuyursunuz?
– "Slaviya"nın ən əsas gücü onların aqressiv pressinq etmək bacarığıdır. Onlar topa nəzarət edərkən çox aqressiv oynayırlar. İlk turda "Lans"la matçda da bunu aydın gördük; hətta bir nəfər azlıqda qalsalar da, 90 dəqiqə oyuna nəzarət etdilər, yalnız son dəqiqələrdə buraxdıqları qollarla məğlub oldular. Bizim üstünlüyümüz isə hücumameyilli oyunçularımızın texniki göstəricilərinin və sürətinin yüksək olmasıdır.  

​– Mətbuat konfransında hər iki baş məşqçi iddialı görünürdü. Sizcə, qalibi nə müəyyən edəcək?
– Dünənki mətbuat konfransı da göstərdi ki, hər iki tərəf bir-birini çox yaxşı analiz edib və kifayət qədər məlumatlıdır. Məhz bu səbəbdən düşünürəm ki, komandaların potensialı eynidir və xal qazanmaq şansları bərabərdir. Belə qarşılaşmalarda böyük fərqlər deyil, məhz xırda detallar və nüanslar həlledici faktor olacaq. Hesabın necə olacağını dəqiq demək çətin olsa da, bizi son dəqiqəyə qədər gərgin bir mübarizənin gözlədiyi şübhəsizdir.

Çempionlar Liqası: “Sabah” Çexiya klubuna qarşı - YENİLƏNİR Babək Quliyevə UEFA-dan təyinat Günün canlı yayımlanacaq matçları - TV AFİŞA “Qalatasaray” – “Barselona” matçına italiyalı hakim “Sabah”ın Çempionlar Liqası matçı avstriyalılara həvalə olunub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://apasport.az
archiveBu xəbər 13 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri