Icma.az
close
up
RU
İslam ordusunun yaranması mümkündür Hərbi ekspert

İslam ordusunun yaranması mümkündür Hərbi ekspert

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib ki, İslam ölkələrinin ortaq ordusu yaradılmasına maneə yoxdur. O, İsrailin Qətərə hücumunu region üçün ciddi təhdid və beynəlxalq hüquqların pozulması hesab edib.

Bəs İslam ölkələrinin ortaq ordusunun yaradılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirdi ki, hazırda dünyada gedən proseslər bütün ölkələri özünə müttəfiq axtarmağa məcbur edir:

"Dövlətlərin çoxu bu proseslərə uyğun reaksiya verməyə çalışır. Təbii ki, İslam ölkələri də müəyyən formada bir-biri ilə birləşərək hərbi və siyasi ittifaqlar yaratmaq istəyir. Bu cəhdlərin nə qədər real olub-olmadığını isə müzakirə etmək lazımdır. 20-ci əsrdə biz bir neçə ərəb ölkəsinin ordularını birləşdirib İsrailə qarşı istifadə etməyə cəhd etdiklərini görmüşük. Hətta bir müddət Suriya ilə Misir birləşmiş vahid ordu yaratmağa çalışmışdı, amma bu cəhd nəticəsiz qalmışdır".

Ekspert qeyd etdi ki, müsəlman ölkələri bəzən bir-biri ilə müharibə aparır, döyüşür, vuruşur.

"Real müharibələrdən misal olaraq İran-İraq müharibəsini, hibrid müharibələrdən isə İranın Suriyada və İraqda mövqelərini gücləndirməsini göstərmək olar. Pakistan da Banqladeşin müstəqilliyi dövründə onunla müharibə aparmışdır. Deməli, İslam dünyası vahid deyil və sünni-şiə məsələsi bu kompleksliyi daha da artırır. Hal-hazırda, əsasən ərəb ölkələrini götürəndə, onlar ABŞ-nin silahından asılıdır. Silahlanma prosesi ABŞ-nin təsiri altında gedir. Bəzi ölkələrə satmağa razılıq verilir, bəzilərinə isə verilmir. Bu tendensiyanı Ukrayna müharibəsində də görmək mümkündür: bəzən Ukraynaya dəstək olur, bəzən isə olmur və bu, cəbhəyə təsir göstərir. Məsələn, hərbi bloku şərti olaraq “Müsəlman NATO-su” adlandıraq, amma bunu qeyri-mümkün sayıram. Bununla belə, bəzi müsəlman ölkələrinin bir-biri ilə razılığa gələrək hərbi əməkdaşlıq qurması, bir-birinə dəstək verməsi və müəyyən ittifaqlar yaratması mümkündür. Bu cür ittifaqların uzunmüddətli olması real deyil, amma onların yaranması mümkündür", - deyə Azad İsazadə yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri