Icma.az
close
up
RU
İslamda cümə axşamı və 40 mərasimi yoxdur Şeyxin müavini

İslamda cümə axşamı və 40 mərasimi yoxdur Şeyxin müavini

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi bu məsələyə dair müzakirə yaradıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclasında da yas mərasimindəki bəzi addımlardan danışılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a yas mərasimlərilə bağlı mövzudan danışıb. 
O bildirib ki, İslamda ilk gündən ölü üçün 3 gün yas saxlanılıb.

Müsahibimizin sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası yas mərasimilərinin sadələşdirilmiş formada və israfsız keçirilməsi ilə bağlı fətva verib.

“İslamın ilk günlərindən ölü üçün 3 gün yas saxlanılıb. Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq. Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac varmış. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq. Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar. Cümə axşamları dindarlığın saxalanılması, dinimizin təbliği üçün vasitə olub. Yəni din adamları heç olmasa yas mərasimlərində Allahın ayələrini çatdırmağa çalışıblar. Ola bilsin ki, o zaman cümə axşamlarına ehtiyac vardı. Amma indi şükür Allaha, elm inkişaf edib, İlhaiyyat İnstitutumuz, alimlərimiz var. Sosial şəbəkələrdə hər kəs dinfən danışa bilər. Hamı dini məlumatları sürətli formada əldə edə bilir. Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar. Dinimiz də bunu bəyənir ki, 3 gün yas olsun”.

QMİ sədrinin müavini vurğulayıb ki, təkcə yasdakı deyil, toydakı israfdan da danışılmasına ehtiyac var:

"Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir. Allahdan arzumuz cəmiyyətdə olan müəyyən iqtisadi nöqteyi-nəzərdən israfçılıq olmamasıdır. Dinimizin gözəlliyi ondadır ki, zamanla ayaqlaşa bilir. İşlərimizi Quranın bizə buyurduğu kimi  etməliyik. Nəinki yas mərasimləri, bu elə bizim toylarımıza da aiddir. Orada daha çox israfçılıq var. Bir nəfər xanəndəyə 15 min manat verib toya gətirirlər. Valideyn övladının xoşbəxtliyi üçün nə qədər xərc çəkir. Allah bütün gənclərimizi xoşbəxt eləsin! Amma toylarda bu qədər israfa niyə yol verilməlidir? Bundan danışılsa, nə gözəl olar. Sırf yasdan tutub danışırlar. Bəli, yas mərasimlərində israfçılıq var. Amma toyda da israfçılıq baş alıb gedir. Niyə bundan danışan azdır? Biz QMi olaraq israfçılıq əleyhinəyik. Hər şey ixtisarlaşmıış formada olsun. Amma dini dəyərlərimizə toxunmamaq şərtilə. Dinimizin əsas ehkamlarına riayət edilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri