Icma.az
close
up
RU
İşləməyən şəxslər 16 manat pul ödəyəcək? DETALLAR

İşləməyən şəxslər 16 manat pul ödəyəcək? DETALLAR

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcəklər. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq. Bildirilib ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.

Sosial şəbəkələrdə gündəmə çevrilən məsələyə aydınlıq gətirdik.

Tribunainfo.az-a açıqlama verən İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki,
burada situasiya fərqlidir. Bəzi xəbər saytları reytinq qazanmaq üçün başlıqlarla oynayırlar.

G. Hüseynovanın sözlərinə görə, məsələn, repetitorluq fəaliyyəti ilə məşğul olanlar məktəbdə işləmir. 10-20 və s. uşaq hazırlaşdırır. O şəxslər dövlətə gəlir vergisi ödəmirlər. Bu şəxslər sabah dövlət xəstəxanalarına gedəndə hansısa xidmətdən artıq pullu istifadə edə biləcəklər.

Məsələnin kəndlilərə də aid olduğunu qeyd edək ekspert deyib:

“Kəndlilər kənd təsərrüfatı vergisindən azaddır. Ancaq onlar məhsul əkib-becərib, satışını həyata keçirərək gəlir əldə edirlərsə, bu zaman gəlir vergisi ödəməlidirlər. Həmin şəxslər də xəstəxanaya gedəndə, ödənişli xidmətlərdən faydalana biləcəklər”.

“İşləyən lakin əmək müqaviləsi olmayan şəxslər də bu kateqoriyaya aid olacaq. Hətta həmin şəxslərə və müdriyyətə cərimə yazılacaq. Onlar üçün də xəstəxana pullu xidmət göstərəcək”.

İcbari sığortadan pulsuz istifadə bu yolla mümkün ola bilər:

“Dost Agentliyinə, məşğulluğa işsizliklə bağlı müraciət olunmalıdır. Onlar sizin üçün iş tapmaqda köməklik edirlər. Əslində qanun tam açıqlanmayıb. Amma mən başa düşdüyüm qismi sizə izah edirəm. Vətəndaş bu zaman işsiz kimi qeydiyyata alınır. Uyğun iş olanda, sizi o işə yönəldirlər. Tutaq ki, vətəndaş təklif olunan heç bir işi bəyənmir və getmirsə, bunun səbəbi soruşulur. Əsaslı səbəb olmalıdır”.

Məsələnin başqa tərəfindən də bəhs edən iqtisadçı vurğulayıb:

“Arıtq icbari tibbi sığorta dövlətin balansından çıxır. Məsələn, mən işsizəm, işsizlik qeydiyyatında durmuşam, və yaxud durmamışam. Hansısa xidmətdən yararlanmaq üçün tutaq ki, USM, həkim qəbulu və ya rentgenə gedəcəmsə, mən gedəcəyim yerlərin pulunu ödəmiş olacağam. Bu proses Türkiyədə də belədir. Sığortası olmayanlar bundan pullu yararlanırlar. Lakin, həyat yoldaşının sığortasından da yararlana bilirlər. Bizdə bu tətbiq olunacaqmı, bilmirəm”.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri