Icma.az
close
up
RU
Ayda 16 manatı ödəyəcək şəxslər necə müəyyən olunacaq?

Ayda 16 manatı ödəyəcək şəxslər necə müəyyən olunacaq?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər aktual olan mövzulardan biri də icbari tibbi sığorta ilə bağlı yeni ildən tətbiq ediləcək dəyişikliklərlə bağlıdır.

Bu günlərdə maliyyə naziri Sahil Babayev kimlərin icbari tibbi sığorta ödəməyəcəyini açıqlayıb:

“Bəzən deyirlər ki, işsizlər sığortalanmayacaq. Bu düzgün deyil, əksinə, ilk dəfə olaraq qanunda yazılıb ki, işsizlər üçün icbari tibbi sığortası dövlət tərəfindən ödənilir. Eyni zamanda, uşaqlar, pensiyaçılar, əmək qabiliyyəti olmayan şəxslər də dövlət tərfindən sığortalanır. Yəni yeni qaydalarla dövlət tərəfindən icbari tibbi sığortası ödənilənlərin sayı ötən illərlə müqayisədə 9 dəfə artır”. 

Nazir qeyd edib ki, yalnız qeyri-formal işçilər üçün dövlət tərəfindən sığorta haqqı ödənilməyəcək:

“Onların özü bu haqqı ödəməlidir. Söhbət qeyri-qanuni işləyən şəxslərdən gedir ki, bunu da icra orqanı təyin edəcək. Onların gəlirləri sorğulanacaq. Dövlət tərəfindən onlara birdəfəlik icbari tibbi sığorta haqqı ödəyərək tibbi xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Bu haqda yanlış fikir formalaşdırıldı, dezinformasiya yayıldı”. 

Maraqlıdır, qeyri-formal işçilər dedikdə kimlər nəzərdə tutulur və onlar necə müəyyənləşəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, qeyri-formal işçilər dedikdə hansısa bir əmək müqaviləsi olmadan hardasa çalışan, məsələn, ofisiat kimi çalışan işçiləri nəzərdə tuturlar:

“Bu da nazirin sözlərinə görə, cəmi 5 faiz təşkil edir. Ölkənin cəmi 5 faizinə 16 manat ödəmək dövlət üçün bu qədər ağır məsələdir? Bunu necə, hansı kriteriyalarla müəyyənləşdirəcəklər? Bütün bunlar kifayət qədər suallar yaradır. Əgər 16 manat ödənişdirsə, ölkə əhalisinin 5 faizi, yəni 500 min nəfərin 16 manatı ödəmək dövlətə bu qədərmi çətindir?

Əslində hökumət bu işlərlə məşğul olsa, daha yaxşı olar. Kənd əhalisinə gəldikdə isə onların məşğulluq qeydiyyatı yoxdur. Onların hansı hissəsi məşğul sayılacaq və yaxud məşğul sayılmaq üçün nə etməlidirlər? Məsələn, torpaq sahəsi varsa, o məşğulmu sayılacaq, ödəniş etməlidirmi? Bu suallar açıqdır və nazir sadəcə rəqəmləri ardıcıl düzməklə daha yaxşı mənzərə göstərməyə çalışır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: 16 manat icbari tibbi sığorta Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri