Icma.az
close
up
RU
İşlənmiş avtomobillərin qiymətində bahalaşa bilər EKSPERT VİDEO

İşlənmiş avtomobillərin qiymətində bahalaşa bilər EKSPERT VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuzun avtomobil bazarında bir müddətdir ki, durğunluq yaşanır. Payızda adətən qızğın alış-verişin müşahidə edildiyi bazarda, indi gözə alıcı az dəyir. Avtosfer.az xəbər verir ki, avtomobil bazarında əsas üstünlük sovet avtomobillərinə verilsə də, onların da qiymətinin baha olması alıcıları qane etmir. Alıcılar qiymətin həddən artıq yüksək olmasından, satıcılar isə alıcı azlığından gileylənirlər. Kənardan avtomobil bazarında insan sayı çox görünsə də, bazarda bir qədər gəzib dolaşdıqdan sonra məlum olur ki, bu insanların əksəriyyəti elə avtomobil sahibləridir. Bazarda kifayət qədər müxtəlif markalı avtomobillərə rast gəlmək olur. Satışa çıxarılan 200-dək avtomobilin əksəriyyəti Rusiya istehsalıdır. Düzdür, bazarda digər xarici istehsal olan avtomobillər də var. Amma onlarla maraqlanan azdır. Şəmkirdən Tovuz bazarına avtomobilini satmağa gələn İsmət Məmmədov deyir ki, 1981-ci ildə istehsal olunmuş “VAZ 2106” markalı avtomobilini 4 min manata satışa çıxarsa da, alıcı yoxdur. “3700 manat təklif etdilər, satmadım. Baha satmıram, avtomobilimin vəziyyəti yaxşıdır deyə, bu qiymətə satıram. 2-3 nəfər maraqlansa da, istədiyim məbləğdə razılaşmadıq”, - deyə İ.Məmmədov bildirir.

Digər satıcı Zakir Əmiraslanov isə bazara ilk dəfədir maşın gətirib. O, xarici istehsal olan avtomobilini sata bilmədiyini vurğulayır. “Bazara “Nissan Not” gətirmişəm. 2006-cı il istehsalıdır, 100 kilometrə 4 litr yanacaq sərf edir. Maraqlanan yoxdur. Amma sovet istehsalı olan maşınların alıcısı var. Alıcılar bu avtomobillərə üstünlük verirlər. Onlar yaxşı satılır. Qiyməti müqayisə etsək, demək olar ki, xarici avtomobilləri çox ucuz deyirik. Yaşı çox olan maşınlar da var ki, xarici avtomobillərdən baha satılır, onu alırlar. Amma xərci az olan bu maşınları alan yoxdur”, - deyə əlavə edir.

Alıcılar da qiymətlərin münasib olmadığını deyirlər. Onlardan biri də Arzuman İsmaylovdur: “06”, ya da “07” almağa gəlmişik. Çox baha deyirlər. Üç min manata avtomobil axtarıram, normal maşın yoxdur. Bəzi maşınları da yoxlatdırırsan, çox hissəsi xarab çıxır. Mən istədiyim maşın 3500 manata idi. Amma tapa bilmirəm. Bu bölgədə əsas VAZ markalı avtomobillərə daha çox ehtiyac var”, – deyə o bildirir. Hətta bəzi alıcılar da var ki, 5 min manata istədiyi köhnə istehsal ili olan avtomobili tapa bilmir. Alıcı Eltun Mahmudov deyir: “Sovet istehsalı olan avtomobillərə baxıram. Qiymətlər cibimə uyğun deyil. Mən 5 min manata maşın almaq istəyirəm, bahadır, ala bilmirəm. Keçən illə müqayisədə, bu il bir az ucuzlaşma var. Məncə qiymətlər bir az da aşağı olsa yaxşı olar”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə fəaliyyət göstərən avtomobil bazarlarında alqı-satqı ötən illərlə müqayisədə bir qədər azalsa da, ümumilikdə, artım dinamikası müşahidə edilir. “Rusiya istehsalı olan avtomobillərə son vaxtlar tələbat azalıb. Bu da Çindən daha münasib qiymətə yeni avtomobillərin gətirilməsi ilə əlaqədardır. Alıcılar bu avtomobillərə daha çox üstünlük verirlər”, - deyə ekspert bildirib.

E.Cəfərov onu da əlavə edib ki, hibrid avtomobillərə tətbiq olunan güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitir, həmçinin həmin dövrdən etibarən ölkəmizə idxal olunacaq köhnə, yaşı 7 ildən çox olan avtomobillərin mühərrik həcminə görə alınan aksiz vergilərinin dərəcələri də artırılır. Bu isə o deməkdir ki, gələn ildən ölkə daxilində işlənmiş avtomobillərin satış qiymətində bir qədər bahalaşma ola bilər (Azərtac).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Noyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri