Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Ekspert: İşlənmiş avtomobillərin qiymətlərində bahalaşma ola bilər

Ekspert: İşlənmiş avtomobillərin qiymətlərində bahalaşma ola bilər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuz, 24 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzun avtomobil bazarında bir müddətdir ki, durğunluq yaşanır. Payızda adətən qızğın alış-verişin müşahidə edildiyi bazarda, indi gözə alıcı az dəyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobil bazarında əsas üstünlük sovet avtomobillərinə verilsə də, onların da qiymətinin baha olması alıcıları qane etmir. Alıcılar qiymətin həddən artıq yüksək olmasından, satıcılar isə alıcı azlığından gileylənirlər.

Kənardan avtomobil bazarında insan sayı çox görünsə də, bazarda bir qədər gəzib dolaşdıqdan sonra məlum olur ki, bu insanların əksəriyyəti elə avtomobil sahibləridir. Bazarda kifayət qədər müxtəlif markalı avtomobillərə rast gəlmək olur. Satışa çıxarılan 200-dək avtomobilin əksəriyyəti Rusiya istehsalıdır. Düzdür, bazarda digər xarici istehsal olan avtomobillər də var. Amma onlarla maraqlanan azdır.

Şəmkirdən Tovuz bazarına avtomobilini satmağa gələn İsmət Məmmədov deyir ki, 1981-ci ildə istehsal olunmuş “VAZ 2106” markalı avtmobilini 4 min manata satışa çıxarsa da, alıcı yoxdur. “3700 manat təklif etdilər, satmadım. Baha satmıram, avtomobilimin vəziyyəti yaxşıdır deyə, bu qiymətə satıram. 2-3 nəfər maraqlansa da, istədiyim məbləğdə razılaşmadıq” - deyə, İ.Məmmədov bildirir.

Digər satıcı Zakir Əmiraslanov isə bazara ilk dəfədir maşın gətirib. O, xarici istehsal olan avtomobilini sata bilmədiyini vurğulayır. “Bazara “Nissan Not” gətirmişəm. 2006-cı il istehsalıdır, 100 kilometrə 4 litr yanacaq sərf edir. Maraqlanan yoxdur. Amma sovet istehsalı olan maşınların alıcısı var. Alıcılar bu avtomobillərə üstünlük verirlər. Onlar yaxşı satılır. Qiyməti müqayisə etsək, demək olar ki, xarici avtomobilləri çox ucuz deyirik. Yaşı çox olan maşınlar da var ki, xarici avtomobillərdən baha satılır, onu alırlar. Amma xərci az olan bu maşınları alan yoxdur” - deyə, əlavə edir.

Alıcılar da qiymətlərin münasib olmadığını deyirlər. Onlardan biri də Arzuman İsmaylovdur: “06”, ya da “07” almağa gəlmişik. Çox baha deyirlər. Üç min manata avtomobil axtarıram, normal maşın yoxdur. Bəzi maşınları da yoxlatdırırsan, çox hissəsi xarab çıxır. Mən istədiyim maşın 3500 manata idi. Amma tapanmıram. Bu bölgədə əsas VAZ markalı avtomobillərə daha çox ehtiyac var” – deyə o bildirir.

Hətta bəzi alıcılar da var ki, 5 min manata istədiyi köhnə istehsal ili olan avtomobili tapa bilmir. Alıcı Eltun Mahmudov deyir: “Sovet istehsalı olan avtomobillərə baxıram. Qiymətlər cibimə uyğun deyil. Mən 5 min manata maşın almaq istəyirəm, bahadır, ala bilmirəm. Keçən illə müqayisədə, bu il bir az ucuzlaşma var. Məncə qiymətlər bir az da aşağı olsa yaxşı olar”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə fəaliyyət göstərən avtomobil bazarlarında alqı-satqı ötən illərlə müqayisədə bir qədər azalsa da, ümumilikdə, artım dinamikası müşahidə edilir. “Rusiya istehsalı olan avtomobillərə son vaxtlar tələbat azalıb. Bu da Çindən daha münasib qiymətə yeni avtomobillərin gətirilməsi ilə əlaqədardır. Alıcılar bu avtomobillərə daha çox üstünlük verirlər” - deyə, ekspert bildirib.

E.Cəfərov onu da əlavə edib ki, hibrid avtomobillərə tətbiq olunan güzəştin müddəti 2026-cı il yanvarın 1-də bitir, həmçinin həmin dövrdən etibarən ölkəmizə idxal olunacaq köhnə, yaşı 7 ildən çox olan avtomobillərin mühərrik həcminə görə alınan aksiz vergilərinin dərəcələri də artırılır. Bu isə o deməkdir ki, gələn ildən ölkə daxilində işlənmiş avtomobillərin satış qiymətində bir qədər bahalaşma ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri