İşləyən pensiyaçılara şad xəbər Qayda dəyişə bilər
Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi təklif edilir.
Doğru.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.
Deputatın sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirilən təkliflərdən biri də bu müddətin 6 ildən 4 ilə endirilməsidir.
Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.
DOĞRU.AZ
Baxış sayı:144
Bu xəbər 24 Avqust 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















