Icma.az
close
up
RU
İşləyən pensiyaçılara MÜHÜM XƏBƏR: Onlar üçün nələr dəyişə bilər?

İşləyən pensiyaçılara MÜHÜM XƏBƏR: Onlar üçün nələr dəyişə bilər?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pensiya yaşına çatan şəxslərin əmək fəaliyyətini davam etdirməsi cəmiyyətdə müzakirə doğuran sosial məsələlərdən biridir. Bir tərəfdən təcrübəli və peşəkar insanların işləməsi əmək bazarına töhfə verə, onların maddi rifahını yaxşılaşdıra və iqtisadi fəallığı artıra bilər. Digər tərəfdən isə yaşlı nəslin əmək bazarında qalması gənclərin iş imkanlarına, məşğulluq siyasətinə və sosial təminat sisteminə təsiri baxımından suallar yaradır. 

Bəs pensiya yaşına çatan şəxslərin işləməyə davam etməsi ölkənin inkişafına töhfədir, yoxsa gələcəkdə ciddi sosial problemlərə yol aça bilər?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, pensiya yaşına çatan şəxslərin əmək fəaliyyətini davam etdirməsi müasir dövrdə yalnız sosial müdafiə məsələsi deyil, həm də iqtisadi inkişaf, əmək bazarının dayanıqlılığı və nəsillərarası sosial həmrəylik baxımından mühüm əhəmiyyət kəsb edir:

"Bu prosesə birmənalı şəkildə sosial problem kimi yanaşmaq düzgün olmazdı. Əksinə, düzgün tənzimləndiyi təqdirdə yaşlı insanların əmək fəaliyyətində iştirakı həm ölkə iqtisadiyyatına, həm də onların fərdi rifahına mühüm töhfə verə bilər. Pensiya yaşına çatmaq əmək qabiliyyətinin başa çatması demək deyil. Bununla belə, əmək fəaliyyətinin davam etdirilməsi insanın sosial təminat hüququnu əvəz etməməlidir. Dövlətin əsas vəzifəsi həm işləmək istəyən yaşlı nəslin təcrübəsindən səmərəli faydalanmaq, həm də layiqli pensiya təminatı hesabına əmək fəaliyyəti göstərmədən yaşamaq istəyən şəxslərin rifahını təmin etməkdir. Əhalinin yaşlanması, doğum səviyyəsinin azalması və əmək qabiliyyətli insanların ümumi əhali arasında xüsusi çəkisinin dəyişməsi bir çox ölkələrdə pensiya sistemlərinin maliyyə dayanıqlığına təzyiq göstərir. Belə şəraitdə sağlamlığı və əmək qabiliyyəti imkan verən pensiya yaşlı şəxslərin işləməyə davam etməsi əmək resurslarından daha səmərəli istifadə, təcrübəli kadr potensialının qorunması və sosial sığorta sisteminin gəlir bazasının genişləndirilməsi baxımından müsbət nəticələr yarada bilər".

Ekspert vurğulayıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci il hesabatında yaşlı işçilərin məşğulluğunun artırılması üçün çevik iş rejimi, peşə hazırlığı, ömürboyu təhsil və yaşa görə ayrı-seçkiliyin aradan qaldırılması əsas istiqamətlər kimi müəyyən edilib:

"Beynəlxalq Əmək Təşkilatının 162 saylı tövsiyəsində də yaşlı işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması, iş şəraitinin onların sağlamlıq və fiziki imkanlarına uyğunlaşdırılması, eləcə də pensiyaya keçidin könüllülük prinsipi əsasında həyata keçirilməsi tövsiyə olunur. Bu baxımdan, əsas prinsip odur ki, insan pensiya yaşından sonra işləməyə məcbur edilməməli, lakin işləmək istədiyi halda ona müvafiq imkanlar yaradılmalıdır. Çünki aşağı pensiya təminatına görə işləmək məcburiyyətində qalmaqla şəxsi seçim əsasında əmək fəaliyyətini davam etdirmək fərqli sosial vəziyyətlərdir. Bununla yanaşı, məsələnin digər tərəfi də nəzərə alınmalıdır. Yaşlı şəxslərin əmək bazarında uzun müddət qalmasının gənclərin məşğulluq imkanlarını məhdudlaşdırması, nəsillərarası rəqabəti gücləndirməsi və ya fiziki cəhətdən ağır işlərdə çalışan şəxslərin sağlamlığına mənfi təsir göstərməsi müəyyən sosial risklər yarada bilər. Lakin beynəlxalq təcrübə göstərir ki, yaşlı və gənc işçilərin məşğulluğu mütləq şəkildə bir-birini istisna etmir. Əsas məsələ əmək bazarında balanslı və inklüziv siyasətin həyata keçirilməsidir. Yaponiya, Almaniya və İsveç kimi ölkələrin təcrübəsi də yaşlı insanların əmək bazarında iştirakının çevik məşğulluq mexanizmləri və sosial təminat tədbirləri ilə uzlaşdırılmasının mümkünlüyünü göstərir".


R.Sabir bildirib ki, Azərbaycanda da son illərdə işləyən pensiyaçıların sayında artım müşahidə olunur:

Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər arasında əmək fəaliyyətini davam etdirənlərin sayı artır. Belə ki, 2020-ci ildə yaşa görə pensiyaçıların tərkibində işləyənlərin xüsusi çəkisi 16,0 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 20,3 faizə yüksəlib. Azərbaycan üçün də əsas məqsəd pensiya yaşına çatan şəxslərin əmək bazarından avtomatik kənarlaşdırılması deyil, onların potensialından səmərəli istifadə edilməsi olmalıdır. Bu, həm yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, həm də ölkənin iqtisadi inkişafına töhfə verə bilər. Xüsusilə, pensiya təminatının insanların layiqli həyat səviyyəsini təmin etməsi baxımından mövcud imkanların nəzərə alınması vacibdir. Bu səbəbdən işləmək istəyən pensiyaçıların əmək fəaliyyətini davam etdirməsi üçün əlavə imkanlar yaradılmalıdır. Bunun üçün dövlət və özəl sektorda natamam iş vaxtı, məsafədən iş və çevik məşğulluq modelləri genişləndirilməli, yaşlı işçilərin rəqəmsal bacarıqlarının artırılması və yenidən ixtisaslaşması dəstəklənməlidir. Eyni zamanda, təcrübəli mütəxəssislərin bilik və bacarıqlarını gənc əməkdaşlara ötürməsi məqsədilə mentorluq və təcrübə mübadiləsi proqramlarının tətbiqi təşviq edilməlidir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Noyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri