İşləyən vətəndaşların 64% nin əmək müqaviləsi yoxdur
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İqtisadiyyatda fəal iştirak edənlərin cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir:
"Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3%-i əmək müqaviləsi ilə çalışır.
Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-ü müqavilə olmadan işləyir. Yeni dəyişikliklərin əmək müqaviləsi ilə çalışanların sayının artırılmasına xidmət etməsi vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















