İşləyən vətəndaşların pensiyaları necə artırılacaq? VİDEO
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
İşləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım olacağı gözlənilir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, işləyən vətəndaşların işə başladıqdan sonra 6 ili tamam olarsa, onların pensiyasında artım iki dəfə həyata keçiriləcək. Yəni həmin şəxslərin pensiyası indeksləşdirilərək artırılır.
6 ildən sonra işləyən vətəndaşın fərdi hesabının sığorta hissəsindəki məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.
Məsələn, əgər vətəndaşın pensiya kapitalı 25 min manatdırsa, həmin rəqəm 72-yə bölünür və alınan məbləğ pensiyaya əlavə olunur. Bu isə imkan verir ki, əmək pensiyası alan və işləməkdə davam edən şəxslər iki dəfə artımlardan istifadə edə bilsinlər. Ümumilikdə isə əmək pensiyası hər il yanvarın 1-də indeksləşdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Fevral 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















