İsmail Belen: Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil VİDEO AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 noyabr, AZƏRTAC
“Azərbaycan COP29-a ev sahibliyi etməklə möhtəşəm işlər görüb. Buna görə öz təbriklərimi çatdırmaq istəyirəm”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UNFF20-nin sədri İsmail Belen COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib: “Əvvəlcədən deyə bilərəm ki, iqtisadiyyat olmasa, ekologiyadan danışmaq mümkün deyil. Beynəlxalq danışıqlar üçün meşəçilik bütün aspektlərə, xüsusilə iqlim dəyişikliyi, biomüxtəliflik, səhralaşma ilə mübarizə məsələlərinə daxil edilməlidir”.
İxtisasca meşə mühəndisi və 35 ildən çox təcrübəsi olan İsmail Belen əlavə edib: “Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də biz burada olmalıyıq və meşə bizim prioritet sahəmiz olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















