Icma.az
close
up
RU
Umayra Tağıyeva: Meşələr üçün iqlim maliyyələşməsi səfərbər edilməlidir VİDEO AZƏRTAC

Umayra Tağıyeva: Meşələr üçün iqlim maliyyələşməsi səfərbər edilməlidir VİDEO AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Meşələr Yer kürəsində həyat üçün mərkəzi əhəmiyyət daşıyır. Onlar iqlimi sabitləşdirir, biomüxtəlifliyi dəstəkləyir və milyonlarla insan üçün zəruri resurslar təmin edir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksəksəviyyəli tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, meşələr hər il milyardlarla ton karbon-dioksidi udur. Ancaq iqlim dəyişikliyi, meşə yanğınları, zərərvericilər və xəstəliklər meşələri daha da zəiflədir.

“Biz iqlim fəaliyyətini gücləndirməliyik. Bu, meşələrin qırılmasının qarşısını alan, davamlı torpaq idarəetməsini təşviq edən, deqradasiyaya uğramış meşələri bərpa edən və meşələrin mühafizəsini milli iqlim fəaliyyəti planlarına inteqrasiya edən siyasətlərin həyata keçirilməsi və gücləndirilməsi deməkdir. Bundan əlavə, meşələr üçün iqlim maliyyələşməsi səfərbər edilməlidir. İnnovativ maliyyələşdirmə mexanizmləri - karbon bazarları, ekosistem xidmətlərinə görə ödəniş, ətraf mühitin mühafizəsi üçün borcun restrukturizasiyası və mühafizə nəticələrinə əsaslanan ödənişlər həyati əhəmiyyət kəsb edir. Bu alətlər meşələrin mühafizəsi və bərpası üçün lazım olan resursların əldə edilməsində mühüm rol oynayır”, - deyə Umayra Tağıyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see124

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri