Icma.az
close
up
RU
İsmail Cingöz: Azərbaycanın Qəzza misiyasında iştirakı Türkiyənin mənəvi varlığını ifadə edir

İsmail Cingöz: Azərbaycanın Qəzza misiyasında iştirakı Türkiyənin mənəvi varlığını ifadə edir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzza zolağında davam edən humanitar böhran fonunda beynəlxalq sabitləşdirici missiya məsələsi gündəmdə əsas mövzulardan birinə çevrilib. Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Türkiyə Silahlı Qüvvələri Qəzzada yerləşdirilməsi ehtimal olunan beynəlxalq qüvvədə iştirak üçün hazırlıqlarını artıq tamamlayıb. ABŞ Türkiyənin missiyada olmasını dəstəkləsə də, İsrail buna qarşı çıxır. Bununla belə, Ankara bildirir ki, əgər Türkiyənin iştirakı mümkün olmazsa, Azərbaycan, Pakistan və İndoneziya kimi müttəfiq dövlətlərin kontingent göndərməsi eyni dərəcədə məqbul hesab edilir. ABŞ-nin Azərbaycan və İndoneziya ilə bu istiqamətdə apardığı danışıqları müsbət qiymətləndirməsi də prosesin genişləndiyini göstərir. Görünən odur ki, Qəzza üçün nəzərdə tutulan sabitlik mexanizminin formalaşmasında Türkiyə və onun yaxın tərəfdaşları mühüm aktorlar kimi ortaya çıxır.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz mövzu ilə bağlı Sherg.az-a danışıb: 

"7 oktyabrdan etibarən Qəzzada başlayan kütləvi qırğınlardan çox əvvəl də Türkiyə, Fələstin məsələsi ilə yaxından maraqlanan bir dövlətdir. Həmin tarixdə başlayan qarşıdurmalarla birlikdə İsrailin 60 minə yaxın insanı qətlə yetirməsini, Türkiyə açıq şəkildə “soyqırım” kimi qiymətləndirib. Ankara problemin tez bir zamanda həllini, 1967 sərhədlərinə əsaslanan iki dövlətli, iki hissəli sülh modelinin həyata keçirilməsini istədiyini dəfələrlə vurğulayıb. Türkiyə 1948-ci ildə İsrailin yaranmasından bu yana Fələstin məsələsinə həmişə diqqətlə yanaşıb və bu mövqeyini davam etdirməkdədir. Ankaranın marağı imperialist düşüncələrdən deyil, bu torpaqlara “gönül coğrafiyası” kimi baxmasından və Fələstin xalqının qırğınlara məruz qalmasına biganə qalmamasından irəli gəlir. Çünki Tarix boyunca bu bölgəni uzun müddət Türk dövlətləri idarə edib: 868-ci ildə Tulin oğulları dövləti, ardınca İşidilər, Məmlüklər və daha sonra Osmanlı dövləti bu coğrafiyaya hakim olub, Səlçuklular dövrünə qədər gedən 1200 ilə yaxın bir idarəçilik ənənəsi formalaşıb. Bu səbəbdən həm tarixi bağlar, həm dini yaxınlıq, həm də mənəvi əlaqələr Fələstin xalqının qətliamına Türkiyənin və Türk xalqının biganə qalmasına imkan verməyib. Türkiyə dəfələrlə açıq şəkildə Fələstin xalqının yanında olduğunu bildirib". 

Ekspert məzlumun yanında durmağın Türk millətinin əsas prinsiplərindən biri olduğunu söyləyib:

"Qəzzadakı qarşıdurmaların dayandırılması və sülhün təmin edilməsi üçün beynəlxalq sülhməramlı qüvvə yaradılması gündəmə gələndə, Türkiyənin qarantiyalı dövlət kimi bu prosesdə yer alması ehtimalı İsraili narahat edib. ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri ilə Qəzzada qurulması planlaşdırılan sülh nizamında beynəlxalq sülhməramlı qüvvəyə Türk əsgərinin də daxil edilməsinə yönələn cəhdləri İsrail sərt şəkildə rədd edib. Bunun əksinə olaraq, HƏMAS xüsusilə Türkiyənin həm siyasi, həm də hərbi şəkildə bu prosesdə yer almasını istəyib. Bu yanaşma ABŞ-nin də müəyyən mənada maraqlarına uyğun gəlirdi. Lakin İsrailin sərt mövqeyi davam edərsə və Türkiyənin prosesdə yer alması məsələsi gündəmə gələrsə, artıq Türkiyə öz mövqeyini açıq şəkildə bəyan edib: İndoneziya, Azərbaycan və Pakistan kimi ölkələrin sülhməramlı qüvvələrdə iştirak etməsi Türkiyə üçün məqbul və sevindirici olacaqdır. Çünki bu ölkələr Türkiyənin qardaş saydığı, tarixi, dini və mənəvi bağlar qurduğu dövlətlərdir. Bu səbəblə, əgər Türkiyə özü prosesdə birbaşa iştirak etməsə belə, Azərbaycan, Pakistan və İndoneziyanın burada yer alması Ankara üçün kifayət qədər önəmlidir. Bu, Türkiyənin bölgədəki mənəvi varlığını ifadə edir. Eyni zamanda bu Türkiyənin gücünün, təsir dairəsinin və strateji dərinliyinin nə qədər geniş olduğunu göstərir".

Politoloq Ankaranın Təl-Əvivə verdiyi mesajdan söz açıb: 

"Türkiyənin verdiyi mesaj budur: İsrail anlamalıdır ki, Türkiyəsiz bu coğrafiyada davamlı sülh mümkün deyil. ABŞ Prezidenti Donald Trampın da “Türkiyə həm masada, həm də sülh qüvvəsində olmalıdır” fikri, Türkiyəsiz həll modelinin mümkün olmadığını təsdiqləyən mühüm siyasi mövqedir. Digər tərəfdən, Türkiyə Pakistan, Azərbaycan və İndoneziya ilə olan əlaqələrinin strateji dərinliyini dünyaya bir daha göstərib. Görünən odur ki, yaxın zamanda yeni bir dünya düzəni formalaşmaqdadır. Bu nizamın üçüncü qütbünün Türkiyə-Azərbaycan rəhbərliyində Türk dünyası olacağı artıq açıq şəkildə bəyan edilib. Türkiyə yalnız Türkiyədən ibarət deyil. O, Türk dünyası, Osmanlı coğrafiyası və İslam ölkələri ilə geniş bir təsir sahəsinə malikdir. Türkiyənin real gücü və siyasi dərinliyi hazırkı sərhədləri ilə ölçülə biləcək qədər məhdud deyildir. Türkiyə, İndoneziya, Azərbaycan və Pakistan kimi ölkələri qeyd etməklə bu gerçəyi bir daha bütün dünyaya nümayiş etdirdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri