Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi İstanbulda bitə bilərmi? İsmail Cingöz DANIŞDI

Rusiya Ukrayna müharibəsi İstanbulda bitə bilərmi? İsmail Cingöz DANIŞDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Milli Həmrəylik Partiyası (MHP) sədri Dövlət Baxçalı bildirib ki, Rusiya-Ukrayna müharibəsi sülhlə İstanbulda bitə bilər. Onun sözlərinə görə, müharibənin əvvəlində dialoqa ev sahibliyi edən Türkiyənin bu rolu davam edə bilər. Baxçalı həmçinin Ərdoğanın sülh çağırışlarının İstanbulun “sülh paytaxtı” kimi önə çıxmasına səbəb ola biləcəyini vurğulayıb.

Bu ehtimal nə dərəcədə realdır, İstanbul həqiqətən sülh paytaxtına çevrilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra Türkiyə hər iki tərəflə bərabər məsafədə, balanslı siyasət və yaxşı qonşuluq münasibətləri çərçivəsində dialoqları davam etdirən ölkə olub.

"Həm Ukrayna, həm də Rusiya Türkiyəyə güvənən yeganə ölkələrdir. Müharibənin başlanğıcında Antalya şəhərində xarici işlər nazirlərinin Türkiyənin vasitəçiliyi ilə görüşü keçirilsə də, o vaxt Avropa ölkələrinin qeyri-müsbət təsirləri nəticəsində sülh əldə edilməmişdi. Sonrakı mərhələdə Türkiyə, Ukrayna və Rusiyanı taxıl məsələlərində bir araya gətirən yeganə ölkə olaraq problemi həll etmişdir. Nəticədə, Türkiyədə keçirilən bir neçə görüşün ardından Ukrayna və Rusiya, Türkiyənin vasitəçiliyi ilə sülhə doğru irəliləyə biləcəkləri barədə fikirlər səsləndirmişdir. Amerika Birləşmiş Ştatları və Avropa ölkələri isə bu prosesdə tərəf tutmuşdur. Avropa ölkələri, ABŞ-nin Rusiyanın yeraltı sərvətlərindən faydalanmaq istəyəcəyi düşüncəsilə müharibənin sona çatmasını istəmir. ABŞ isə müharibə bitdikdən sonra Ukraynanın yeraltı resurslarını və qiymətli torpaq elementlərini işlətmək hüququnu əldə etməyə çalışır. Tramp və Putin isə işğal altındakı Ukrayna torpaqlarının bir qisminin Rusiyada qalması barədə razılaşıblar''.

Politoloq əlavə etdi ki, ABŞ-nin Kırımın məsələsini Rusiyanın xeyrinə həll etmək istədiyi nəzərə alınarsa, Avropa və ABŞ kimi ölkələrin Ukrayna-Rusiya müharibəsində etibarlı vasitəçi olma imkanları məhduddur:

"Türkiyə, hər iki tərəflə tərəfsiz və yaxşı qonşuluq münasibətləri çərçivəsində dialoqları davam etdirən etibarlı ölkə olaraq ortaya çıxır. Qara dənizə qonşu olan iki ölkə də müharibənin tez bir zamanda bitməsini arzu edir. Bu səbəbdən Türkiyə, hər iki tərəfi inandıra biləcək bir metod və formulla müharibəni həll etmək imkanına malikdir. Buna baxmayaraq, proses olduqca mürəkkəbdir: Ukrayna torpaq itkisini istəmir, Rusiya işğal etdiyi ərazilərin Rusiyada qalmasını planlaşdırır. Avropa ölkələri isə müharibənin uzanmasını arzulayır. Türkiyədən başqa alternativ yoxdur və onun vasitəçiliyi ilə sülhə nail olmaq mümkündür, lakin proses uzandıqca barışa gedən yol çətinləşir", - deyə İsmail Cingöz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri