“İsmail Kartal işinin başındadır” Əziz Yıldırım Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Fənərbaxça” prezidenti Əziz Yıldırım “Roma” matçından sonra gözlənilmədən istefa verən baş məşqçi İsmail Kartalın vəzifəsində qalacağını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, klub rəhbəri mətbuat konfransı keçirərək təcrübəli mütəxəssisin emosional istefa qərarının arxasında duran əsl səbəbləri açıqlayıb:
“İsmailin halını gördünüz. Bu qədər təzyiqə insan necə dözsün? Matç zamanı hesab 1:1 olarkən onun başına su şüşəsi atdılar. Adama dərman veriblər, böyük gərginlik içindədir. Mən onunla danışdım. Mən onun böyüyüyəm, biz bir ailəyik. Ona “davam edəcəksən!” dedim və mövzu bağlandı. İsmail Kartal işinin başındadır.
18 ildən sonra bir məşqçi və rəhbərlik komandanı Çempionlar Liqasına çıxarıb. Bunu alqışlamaq əvəzinə hücum edirsiniz. Sosial mediada və televiziyalarda şərh yazanlar klubumuza xəyanət edirlər. Yalan xəbərlərlə insanları linç etməyin. Bu camiə öz övladına sahib çıxmalıdır. 20 illik prezidentlik dövründə mövsüm bitmədən cəmi iki baş məşqçi ilə yolları ayırmışam və İsmail Kartala sonuna qədər güvənirəm”.
Qeyd edək ki, bundan əvvəl İ. Kartal komandadan getdiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 11 Sentyabr 2026 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















