Icma.az
close
up
RU
İsmayıl Hacıyev: Prezidentin AMEA dakı çıxışı elmin inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərini özündə birləşdirir

İsmayıl Hacıyev: Prezidentin AMEA dakı çıxışı elmin inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərini özündə birləşdirir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 14 noyabr, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində "AMEA-nın 80 illik yubileyində Azərbaycan Respublikası Prezidentinin çıxışı və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr" mövzusunda tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin cari il martın 18-də imzaladığı Sərəncam əsasında AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. O, dövlət başçısının yubiley tədbirində proqram xarakterli çıxış etdiyini, bu çıxışın Azərbaycan elminin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Akademik qeyd edib ki, Prezidentin çıxışı elmin inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərini özündə birləşdirir və 19 mühüm istiqamət üzrə müəyyənləşdirilən məsələlər elmi ictimaiyyət üçün yol xəritəsi rolunu oynayır. O, bu istiqamətlərə texnoloji inkişaf, təbii resurslardan səmərəli istifadə, süni intellekt, rəqəmsallaşma, hərbi sənaye, elmin praktik nəticələrinin artırılması, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin öyrənilməsi, elmin iqtisadiyyat və sənaye sahələrinə yönəldilməsi və digər məsələlərin daxil olduğunu bildirib.

Akademik qeyd edib ki, Prezidentin elmi fəaliyyətə, texnoloji tərəqqiyə və bilik əsaslı iqtisadiyyatın formalaşmasına yönəlmiş fikirləri AMEA-nın və onun bölmələrinin gələcək fəaliyyətində əsas istiqamət kimi qəbul olunmalıdır.

Sonra çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib ki, AMEA Naxçıvan Bölməsinin nümayəndələri Akademiyanın 80 illik yubiley tədbirində iştirak ediblər. O, Prezidentin çıxışında dil və milli kimlik məsələsinə xüsusi önəm verdiyini vurğulayaraq, dilin saflığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Əbülfəz Quliyev Azərbaycan dilinin məişət səviyyəsinə endirilməsinin yolverilməz olduğunu qeyd edib, dilin elmi, mədəni və ictimai həyatda aparıcı mövqeyinin qorunmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi və UNESCO tərəfindən 15 dekabrın “Türk dili ailəsi günü” elan olunmasının milli kimliyimizin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxışında Prezident İlham Əliyevin Azərbaycan dili və tarixi ilə bağlı səsləndirdiyi fikirlərin aktuallığını qeyd edib. O, Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşən tarixi abidələrin tədqiqinin, bu ərazilərə dair elmi əsərlərin yazılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vəli Baxşəliyev qayaüstü təsvirlərin türk xalqlarının qədim mədəni irsinin tərkib hissəsi olduğunu və bu istiqamətdə aparılacaq elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyət üçün də dəyərli nəticələr verəcəyini vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva isə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin dövlətin elmə və alimlərə verdiyi yüksək dəyərin göstəricisi olduğunu bildirib. O, Prezidentin çıxışının elmi ictimaiyyət üçün bir növ çağırış xarakteri daşıdığını, elm və texnologiya sahəsində fəaliyyətin yeni mərhələsinin əsasını qoyduğunu qeyd edib. Nuray Əliyeva süni intellekt, kiber təhlükəsizlik, rəqəmsallaşma və müasir elmi istiqamətlər barədə Prezidentin irəli sürdüyü fikirləri təhlil edərək, bu sahələrdə gənc nəslin yetişdirilməsinin zəruriliyini vurğulayıb.

AMEA Naxçıvan Bölməsi Aparatının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov hazırlanmış tədbirlər planının layihəsini əməkdaşların diqqətinə çatdırıb və layihə müzakirə olunub, müəyyən əlavə dəyişikliklər olmaq şərtilə qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri