Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Nəcibənin toyudur Fotolar

Akademik: Prezidentin çıxışı Azərbaycanın elmi intellektual doktrinasının əsas istiqamətlərini müəyyənləşdirdi

Akademik: Prezidentin çıxışı Azərbaycanın elmi intellektual doktrinasının əsas istiqamətlərini müəyyənləşdirdi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi tədbirində çıxışında ölkə alimlərinin fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycan elmi ictimaiyyəti qarşısında mühüm vəzifələr müəyyənləşdirib.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın iclasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.

Akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışı ölkənin elmi-mədəni həyatında əlamətdar hadisə kimi yadda qalıb. İnstitutun baş direktoru qeyd edib ki, Azərbaycanla yanaşı, dünyanın 21 ölkəsindən 44 alim və elmi nümayəndənin qatıldığı bu mötəbər tədbir müstəqil Azərbaycanın elminə, ziyalılarına və milli intellektual potensialına verilən yüksək dəyərin bariz göstəricisidir.

“Prezident çıxışında AMEA-nın 80 ili əhatə edən fəaliyyət dövrü ərzində üzləşdiyi çətinliklərdən bəhs edərək Ulu Öndər Heydər Əliyevin müxtəlif ideoloji-siyasi sistemlərin təzyiqlərinə baxmayaraq, elmi mühitin qorunub saxlanılmasına nail olduğunu, 1970-ci illərdən etibarən Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması istiqamətində ardıcıl tədbirlər gördüyünü diqqətə çatdırıb”, - deyə akademik qeyd edib. Alim əlavə edib ki, Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə dövlət idarəetməsində informasiya texnologiyalarının geniş tətbiq olunmasını zəruri hesab edərək Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinin (indiki İnformasiya Texnologiyaları İnstitutu) yaradılması təşəbbüsü ilə çıxış edib və onun formalaşdırılmasında mühüm rol oynayıb.

İnstitutun baş direktoru vurğulayıb ki, Ulu Öndərin ölkəmizdə siyasi rəhbərliyə qayıdışından və Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə baş verən inkişaf elmi fəaliyyətə də ciddi təkan verib. Alimlər iqtisadiyyatın müxtəlif sahələrinin, yeraltı və yerüstü sərvətlərin tədqiqində yaxından iştirak edib, elmin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bildirib ki, müasir dünyada gedən mürəkkəb geosiyasi proseslər, artan risklər və davam edən müharibələr fonunda ölkəmizdə tamamilə yeni reallıq formalaşıb: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın suverenliyinin tam bərpa edilməsi dövlətimizin müdafiə qüdrətinin daha da gücləndirilməsinə geniş imkanlar açıb”.

AMEA-nın vitse-prezidenti son illər süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda ölkəmizdə bu sahədə ardıcıl addımların atıldığını, strateji sənədlərin qəbul edildiyini və yeni vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev bu ilin yanvar ayında təsdiqlənmiş “Rəqəmsal İnkişaf Konsepsiyası” və mart ayında qəbul edilmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın ölkənin rəqəmsal transformasiya kursunu müəyyənləşdirən strateji yol xəritələri olduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin Azərbaycanın texnoloji suverenliyinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Alimin sözlərinə görə, qlobal rəqəmsallaşma proseslərinin dərinləşməsi, rəqəmsal dövlətin və onun müxtəlif komponentlərinin formalaşdırılması yeni imkanlarla yanaşı, müəyyən təhlükələr də yaradır. Məhz buna görə Prezident İlham Əliyev çıxışında milli kibertəhlükəsizliyin təmin olunmasının strateji əhəmiyyətini xüsusi vurğulayaraq, həm real məkanda, həm də virtual mühitdə Azərbaycanın təhlükəsizliyinin dayanıqlı təminatının vacibliyinə diqqət çəkib, ölkənin kiberimmunitetinin gücləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsinin zəruriliyini bildirib.

Akademik Rasim Əliquliyev qeyd edib ki, kibertəhlükəsizlik məsələləri təkcə texnoloji sahələri deyil, həm də dil, mədəniyyət kimi fundamental dəyərləri əhatə edir. Alim bu kontekstdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin 1978-ci ildə ilk dəfə Konstitusiyada xüsusi müddəa ilə təsbit edildiyini xatırladıb. Bildirib ki, Prezident İlham Əliyev də AMEA-nın yubiley tədbirində Azərbaycan dilinin qorunmasını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirərək, bu vəzifənin müstəqil Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olduğunu bir daha vurğulayıb.

“Azərbaycan dilinin qorunması yalnız dilçi alimlərin deyil, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin üzərinə düşən ümummilli vəzifədir”, – deyən institutun baş direktoru kiberməkanda Azərbaycan dövlətinin maraqlarının qorunması istiqamətində institut tərəfindən kompleks tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda kibersuverenlik üzrə aparılan tədqiqatların əsas istiqamətlərindən biri rəqəmsal dövlətdə Azərbaycan dilinin ekosisteminin və onun altsistemlərinin formalaşdırılması, dilin linqvistik suverenliyinin texnoloji təminatına dair fundamental araşdırmaların aparılmasıdır.

İnstitutun baş direktoru qeyd edib ki, Prezidentin çıxışında önə çəkilən əsas məsələlərdən biri də dövlət qurumları ilə elmi-tədqiqat müəssisələri arasında sıx koordinasiya və davamlı əməkdaşlığın təmin edilməsidir. Akademik Rasim Əliquliyev bildirib ki, qəbul olunan strateji sənədlər həm dövlət strukturları, həm də elmi ictimaiyyət üçün yeni hədəflər müəyyənləşdirir, bu çərçivədə İnformasiya Texnologiyaları İnstitutu üzərinə düşən vəzifələrin icrasına yüksək məsuliyyətlə yanaşır. Alimin sözlərinə görə, dövlət qurumları ilə elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi ölkənin intellektual potensialının yüksəldilməsi, milli resursların dövlət və cəmiyyətin maraqlarına uyğun şəkildə yenidən qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Akademik Rasim Əliquliyev əlavə edib ki, bu sahədə mövcud imkanların qiymətləndirilməsi, problemlərin müəyyən edilməsi və əmək bazarının real tələblərinin elmi əsaslarla öyrənilməsi bu gün qarşıda duran prioritet vəzifələrdəndir.

AMEA-nın vitse-prezidenti bildirib ki, hər bir institut əməkdaşı Prezident İlham Əliyevin strateji sənədlərdə, eləcə də AMEA-nın 80 illik yubileyində səsləndirdiyi prioritetləri növbəti il üçün fəaliyyət planında əsas götürməlidir. Əlavə edib ki, institutda aparılan süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizliyə dair bütün tədqiqatlar yeni tələblər və milli strateji istiqamətlərlə uyğunluq təşkil etməlidir. Bu məqsədlə Prezidentin elmi-tədqiqat müəssisələri qarşısında müəyyən etdiyi vəzifələrin yenidən təhlili və fəaliyyət planlarında dəqiq şəkildə nəzərə alınması zəruri məsələlərdəndir.

“Ölkənin elmi ictimaiyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin fəal təbliğatçısı olmalı, texnoloji inkişaf kursunun ideoloji dayaqlarından birinə çevrilməlidir”, – deyən akademik Rasim Əliquliyev onu da qeyd edib ki, alimlərin üzərinə həm elmi-tədqiqat aparmaq, həm də Azərbaycan ziyalısına xas ictimai missiyanı məsuliyyətlə yerinə yetirmək kimi əhəmiyyətli öhdəliklər düşür. “Cəmiyyətdə alim adına layiq fəaliyyət göstərmək hər birimizin mənəvi borcudur”, – deyə alim vurğulayıb.

Sonda akademik Rasim Əliquliyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, qəbul etdiyi strateji dövlət sənədləri və AMEA-nın yubileyində çıxışı Azərbaycanın elmi-intellektual doktrinasının əsas istiqamətlərini müəyyənləşdirib. Buna görə də hər bir elmi-tədqiqat müəssisəsi, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu öz fəaliyyətini bu tələblər əsasında yenidən qurmalıdır.

Tədbirdə, həmçinin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alquliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru dosent Fərhad Yusifov çıxış edərək dövlətimizin başçısının AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirlərə münasibət bildiriblər. Ölkədə elmin inkişafı, akademik mühitin modernləşdirilməsi və innovasiyayönümlü tədqiqatların dəstəklənməsinin Prezident tərəfindən mühüm çağırış kimi səsləndirildiyini qeyd ediblər. Çıxış edənlər, həmçinin bu strateji yanaşmanın süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik kimi sahələrdə institutun gələcək fəaliyyət prioritetlərinin daha da dəqiqləşdirilməsinə şərait yaratdığını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see502

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see324

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see285

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see212

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri