Icma.az
close
up
RU
İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi KONKRET

İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zaminbank”ın (fəaliyyəti dayandırılıb-red) həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4.7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib.

KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət “Egerton Gardens” yaşayış kompleksində yerləşən mənzildən gedir.

Çelsi bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. “Egerton Gardens” həm də ortasında yerləşən öz bağ sahəsi ilə seçilir. Bu bağ sahəsi yalnız burada evləri olan sakinlər üçündür.

Bu ərazi Londonda çox bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt-sterlinq dəyərində ölçülür.

Binanın inşa tarixi 1886-cı ilə təsadüf edir, memarlıq əsasən Viktoriya dövrünə aiddir. Burada tarixən məşhur şəxslər yaşayıb. Onlardan biri də İngiltərədə edam olunan son qadın Ruth Ellis olub.

“Egerton Gardens”in yerləşdiyi küçə çox sakit və trafikdən uzaqdır. Ətrafda əsasən varlı ailələr, diplomatlar və iş adamları yaşayır, təhlükəsizlik yüksək səviyyədədir.

Bağ yalnız sakinlərə aid olduğu üçün özəl həyat çox qorunur. Bu, Londonun mərkəzində olub, amma səs-küydən uzaq bir həyat tərzi deməkdir.

Nadir İsmayılov belə bir əmlakın əldə çıxmaması üçün çox çalışıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsinin sakini olan sabiq bankir kassasiya şikayəti vermək üçün buraxdığı müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Lakin onun şikayəti təmin olunmayıb.

Onu da əlavə edək ki, bankirin Birləşmiş Krallığın “HSBC” bankında Nadir İsmayılov adlı hesabdan “Ata” təyinatı ilə köçürülmüş 2 470 000 Britaniya funt-sinterlinqi də aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. O, bu cinayət əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Nadir İsmayılovun cəzası sonradan 4 il azaldılıb. Sabiq bankirin Bakıdakı bir sıra mülkləri və bahalı avtomobilləri müsadirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri