Londonda Rusiya casusları saxlanıldı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Rusiyanın kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinən 3 nəfər həbs olunub.
KONKRET.az xəbər verir ki, Metropolitan Polisi 44, 45 və 48 yaşlı şəxslərin paytaxtın qərb və mərkəzi bölgələrində keçirilən əməliyyat zamanı Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildiriblər.
Onlar Milli Təhlükəsizlik Aktının 3-cü maddəsinə əsasən həbs ediliblər. Həmin maddə “xarici kəşfiyyat xidmətinə Birləşmiş Krallıqla bağlı fəaliyyətlərdə əhəmiyyətli yardım göstərmək” kimi halları əhatə edir. Bu maddə ilə təqsirli bilinən şəxslər 14 ilədək azadlıqdan məhrum edilə və ya cərimələnə bilərlər.
Polis bildirib ki, hazırda saxlanılan şəxslərlə bağlı araşdırma davam edir və Londonda bir neçə ünvanda axtarış aparılır.
Terrorizmlə Mübarizə İdarəsinin rəhbəri Dominik Mörfi bildirib ki, son dövrlər xarici kəşfiyyat xidmətləri tərəfindən vasitəçi kimi cəlb olunan şəxslərin sayı artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Oktyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















