Icma.az
close
up
RU
Okey sözü müxtəlif kanallarda dəfələrlə işlədilib İsmət Səttarov

Okey sözü müxtəlif kanallarda dəfələrlə işlədilib İsmət Səttarov

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ərəbcədən daxil olan sözlərin istifadəsi, xüsusilə reklam sahəsində və qanunlarda müzakirə olunan məsələlərdəndir. Biz bəzi reklam çarxlarında arxaik sözlərin istifadəsini qəbul etmişik, lakin proqram və yayım kontentində bu məsələ hələ geniş araşdırılmayıb və regionlar üzrə təhlil aparılmayıb. Üstəlik, sahədə ciddi subyektivlik mövcuddur”. SİA xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilmiş konfransda bildirib.

O qeyd edib ki, yayımların monitorinqi olduqca çətin məsələdir: “Hər gün TV və radio reklamlarında ümumilikdə 800 saata yaxın kontent yayımlanır, amma hazırda bu işlə cəmi 6 nəfərlik komanda məşğuldur. Fiziki olaraq, gündəlik 150-dən artıq kanalı izləmək mümkün deyil. Ona görə bu məsələ sistemli yanaşma tələb edir”.

İsmət Səttarov bildirib ki, son çıxışlardan sonra məsələ yenidən gündəmə gətirilib və tədbirlər planı hazırlanıb: “Qısa müddət ərzində süni intellekt əsasında xüsusi proqram təminatı hazırlanaraq işə salındı. Azərbaycan dilində ən çox işlənən qeyri-standart və yad mənşəli sözlərin siyahısı tərtib edildi və iki həftə ərzində yayımlara analiz aparıldı. Nəticələr maraqlıdır: məsələn, "okey" sözü müxtəlif kanallarda onlarla dəfə işlədilib; bəzi kanallarda 3 dəfə, digərlərində 10 dəfə, bəzilərində isə 50 dəfədən çox istifadə olunub”.

O əlavə edib ki, yaxın günlərdə həmin sözlərin statistikası hər bir kanala təqdim olunacaq, ilk 3 ay ərzində xəbərdarlıqlar ediləcək və aparıcılar bu sözlərdən istifadə etməməyə təşviq olunacaqlar: “Bu mərhələdən sonra Şura tərəfindən daha sərt tədbirlər, o cümlədən cərimələr tətbiq ediləcək. Məqsədimiz cəzalandırmaq deyil, keyfiyyətli monitorinq aparmaq və dilin düzgün istifadəsini təmin etməkdir”.

Audiovizual Şuranın sədri vurğulayıb ki, proses sistemli şəkildə və birgə əməkdaşlıqla aparılmalıdır: “Mən bütün ictimaiyyətə, xüsusilə bu sahədə çalışan insanlara müraciət edirəm ki, bu məsələlərdə birgə işləyək, məsuliyyəti bölüşək və real addımlar ataq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri