İspaniya: AfD nin qələbəsi dünyaya bir xəbərdarlıqdır
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İspaniyanın Baş naziri Pedro Sançez rəhbərlik etdiyi Sosialist İşçi Partiyasının (PSOE) parlament iclasında çıxış edib.
Turkustan.az xəbər verir ki, Sançez Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qələbəsini şərh edib.
O, nəticələrin Avropada və dünyada ifrat sağçı təhlükənin gücləndiyini göstərdiyini bildirib.
“Bu nəticə, əsasən ənənəvi sağçıların dəstəyi ilə güclənən ifrat sağçı təhlükənin Avropada və dünyada artdığına dair xəbərdarlıqdır”, – deyə Sançez bildirib.
İspaniya hökumətinin başçısı qeyd edib ki, ifrat sağın yüksəlişi ölkəsində solçu koalisiya hökumətinə ehtiyacın əvvəlkindən daha çox olduğunu göstərir.
“Dünya bizi izləyir. Biz reaksiyaya qarşı mübarizənin ön cəbhəsindəyik. Rəqəmsal və ekoloji transformasiyalara ədalətli cavab verən, eyni zamanda iqtisadi artımı, iş yerlərinin yaradılmasını və rifah dövlətinin gücləndirilməsini təmin edən mütərəqqi siyasətlərin inkişafına rəhbərlik edirik”, – Sançez vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Sentyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















