Icma.az
close
up
RU
AfD nin Saksoniya Anhalt əyalət seçkisində qələbəsi Avropada narahatlıq yaradıb

AfD nin Saksoniya Anhalt əyalət seçkisində qələbəsi Avropada narahatlıq yaradıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 7 sentyabr, AZƏRTAC

Almaniyanın Saksoniya-Anhalt əyalətində sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasının seçkidə qələbəsi ölkə hüdudlarından kənarda da geniş əks-səda doğurub. Fransada və Polşada nəticə narahatlıqla qarşılanıb, bir sıra Avropa ölkələrindəki sağçı partiyalar isə AfD-ni təbrik edib.

İtaliyanın Baş nazirinin müavini, “Lega” partiyasının lideri Matteo Salvini AfD-ni Saksoniya-Anhaltdakı qələbəsi münasibətilə təbrik edib. Avstriyanın sağçı FPÖ partiyasının lideri Herbert Kikl nəticəni demokratik güc nümayişi adlandırıb. Macarıstanın keçmiş Baş naziri Viktor Orban da AfD-ni təbrik edərək, nəticələri Almaniya və Avropa üçün “möhtəşəm” adlandırıb və bunun hələ başlanğıc olduğunu vurğulayıb.

Polşanın Baş naziri Donald Tusk isə AfD-nin qələbəsinə sevinənləri sərt tənqid edib. “Polşada yalnız axmaqlar və ya xainlər Almaniyada AfD-nin qələbəsinə sevinə bilərlər”, - deyə o, X sosial şəbəkə hesabında bildirib.

İspaniyanın Baş naziri Pedro Sançes AfD-nin uğuruna Avropada ekstremizmin yayılması ilə bağlı sərt xəbərdarlıqla reaksiya verib. “Ekstremist təhlükə Avropada və dünyada daha çox yayılır və bu, əsasən ənənəvi sağçıların təslim olması sayəsindədir”, - deyə o Madriddə vurğulayıb.

Fransanın maliyyə naziri Roland Leskur seçkinin nəticəsini çox narahatedici siqnal kimi qiymətləndirib. İtaliyanın xarici işlər naziri Antonio Tajani isə bunu “çox pis xəbər” adlandıraraq, nəticənin yalnız yerli xarakter daşıyacağına ümid etdiyini deyib.

AfD-nin qələbəsinə Amerika Birləşmiş Ştatlarından da diqqətçəkən reaksiya gəlib. Texnologiya milyarderi Elon Musk AfD lideri Alis Vaydelin qələbə paylaşımına “Yaxşı bacardınız” (Gut gemacht!) şərhini yazıb. AfD-nin Saksoniya-Anhalt üzrə lider namizədi Ulrix Ziqmund isə Elon Maska təşəkkür edərək, partiyasının hakimiyyətə gələcəyi təqdirdə, onunla güclü və konstruktiv əməkdaşlıq qurmaq istədiyini bildirib. O, Almaniyanın belə bir halda investisiyalar üçün yenidən cəlbedici məkan olacağını qeyd edib.

Almaniyanın Kansleri Fridrix Merts də partiyası olan Xristian Demokratlar Birliyinin (CDU) toplantısındakı çıxışında nəticələrin gözlənilməz və şokedici olduğunu, CDU-nun son illərdə ən ağır məğlubiyyətlərindən birinə uğradığını etiraf edib. “Dünən təkcə Saksoniya-Anhaltda deyil, bütün Almaniyada vəziyyət dəyişib”, - deyə Kansler diqqətə çatdırıb.

Xatırladaq ki, 15 siyasi partiyanın qatıldığı seçkidə AfD 43,8 faiz səslə qələbə qazanaraq əyalət parlamentindəki 83 deputat mandatından 39-na sahib olub. Kansler Mertsin partiyası – CDU 17,2 faizlə ikinci olub. Sosial Demokratlar Partiyası 9,3, Yaşıllar Partiyası 8,9, Sol Partiya 8,6 faiz səs toplayıb. Sahra Vaqenknext İttifaqı 5,3 faiz səs yığa bilib. İndiyədək əyalət hökumətində təmsil olunan Azad Demokratlar Partiyası isə 2,6 faiz səslə əyalət parlamentinə daxil olmaq üçün tələb edilən həddi keçə bilməyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri