İspaniya baş nazirin xanımını Türkiyəyə buraxmadılar
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
İspaniya hökuməti Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin NATO Zirvəsi üçün Ankaraya getməsinə icazə verilməməsinə sərt reaksiya verib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Beqonya Qomes hazırda dörd ayrı cinayət işi üzrə araşdırılır və bu səbəbdən pasportu müvəqqəti olaraq məhkəmə tərəfindən alınıb.
Məhkəmə onun Londona - qızının məzuniyyət mərasiminə getməsinə icazə versə də, Ankara səfərini rədd edib. Qərara əsas səbəb kimi Türkiyənin Avropa İttifaqının hüquqi əməkdaşlıq məkanına daxil olmaması göstərilib. Hakim hesab edib ki, bu, məhkəmə nəzarəti və mümkün hüquqi əməkdaşlıq baxımından risk yaradır.
İspaniya hökuməti isə bu qərarı anlaşılmaz adlandırıb və Beqonya Qomesin NATO Zirvəsinə rəsmi protokol çərçivəsində dəvət edildiyini bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 İyul 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















