İspaniya Kubaya humanitar yardım göndərmək niyyətindədir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 fevral, AZƏRTAC
İspaniya BMT kanalları vasitəsilə Kubaya humanitar yardım göndərmək niyyətini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, yardım ərzaq məhsulları və zəruri tibbi ləvazimatlar şəklində təqdim olunacaq.
Madriddə keçirilən ikitərəfli görüş zamanı İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və Kubanın xarici işlər naziri Bruno Rodriges Karib dənizi ölkəsində yaranan mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər siyasi, iqtisadi və ticarət dialoqunun, eləcə də, qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Bir müddət öncə Meksika Kubaya 800 ton humanitar yardım göndərib. Ötən həftə yardım yükləri daşıyan iki hərbi gəmi ada dövlətinə çatıb.
Qeyd edək ki, Kuba hazırda dərin iqtisadi və enerji böhranı ilə üzləşib. Ölkədə tez-tez elektrik kəsintiləri müşahidə olunur, ərzaq və dərman qıtlığı yaşanır. Hökumət yanacaq satışına məhdudiyyətlər də daxil olmaqla fövqəladə tədbirlər tətbiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















