İspaniya qeyri qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Brüssel, 28 avqust, AZƏRTAC
İspaniya qeyri-qanuni miqrantların ölkədən qaytarılması və sığınacaq prosedurlarının sürətləndirilməsi istiqamətində yeni tədbirlər görür.
AZƏRTAC xəbər verir ki, hökumət qanunvericiliyi Avropa İttifaqının daha sərt miqrasiya qaydalarına uyğunlaşdırmaq məqsədilə islahatlara başlayıb.
Bu addımlar iyulun sonunda İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına 80 minə yaxın qeyri-qanuni miqrantın daxil olmasından sonra yaranan ciddi miqrasiya böhranının fonunda atılıb. Hazırda ərazidə 10 mindən çox miqrantın qaldığı bildirilir.
Yeni qanunvericilik ilkin qeydiyyat və yoxlama prosedurunun bütün icazəsiz gələnlər və sığınacaq müraciətçiləri üçün məcburi olmasını nəzərdə tutur. Bu proses maksimum 72 saat ərzində başa çatdırılmalıdır.
Sığınacaq müraciətlərinin isə əvvəlki kimi 2-3 il deyil, 12 həftə ərzində yekunlaşdırılması planlaşdırılır. Müraciət rədd edilərsə, məhkəməyə şikayət verilmədiyi halda deportasiya proseduru dərhal başlayacaq.
İspaniya hökuməti yeni tədbirlərin insan hüquqlarının qorunması ilə yanaşı, miqrasiya sistemindən sui-istifadənin qarşısını almağa xidmət edəcəyini bildirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 28 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















