İspaniya sərhəd nəzarəti ilə bağlı İtaliyanı hədələdi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya hakimiyyəti Romanın miqrant axınından sonra Seutada tətbiq edilən sərhəd nəzarətini qaldırmadığı təqdirdə, italyan səyahətçilərinə qarşı cavab tədbirləri görəcəklərini bildirib.
Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, İspaniya hökuməti İtaliyanın tətbiq etdiyi tədbirlərin Aİ-nin maraqlarına zidd olduğunu və İspaniya əhalisinə qarşı ayrı-seçkilik etdiyini qeyd edib.
İspaniya hökuməti İtaliya hakimiyyətini 9 avqustdan gec olmayaraq sərhəd nəzarətini qaldırmağa çağırıb və əks halda cavab tədbirləri görməyə məcbur olacağı barədə xəbərdarlıq edib. Bəyanatda bu tədbirlərin nədən ibarət olacağı dəqiqləşdirilməyib.
İspaniya Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, iyul ayında təxminən 72 000 miqrant krallığa daxil olub və təxminən 70 000 nəfər artıq geri qayıdıb. Bu fonda bir sıra Avropa ölkələri İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılması məsələsinə baxılmasını tələb edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















