İspaniyada baş naziri öldürmək istəyən şəxsə hökm oxundu
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İspaniya Ali Məhkəməsi mesencerdə ölkənin baş naziri Pedro Sançesi öldürməyi təklif edən şəxsə verilən hökmü qüvvədə saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məhkəmənin rəsmi press-relizində məlumat verilib.
Üç il əvvəl təqsirləndirilən şəxs hökumət başçısının öldürülməsi təklifi ilə bağlı cinayətlər və qanunsuz olaraq hərbi silah saxlama ittihamı ilə 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Kişi hələ 2018-ci ildə saxlanılıb. O, hakimiyyətin diktator Fransisko Frankonun qalıqlarını ekshumasiya etmək qərarından dəfələrlə narazılığını bildirib və radikal fikirlərini gizlətməyib. Kişi həm şəxsi mesajlarında, həm də açıq şəkildə baş naziri öldürmək niyyətində olduğunu bəyan edib.
Baxış sayı:96
Bu xəbər 08 İyul 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















