Icma.az
close
up
RU
Həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxundu

Həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxundu

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmayılov Elməddin Üzeyir oğlunun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs Elməddin İsmayılovun məhkəməsində Firəngiz Rəsulova şahid qismində ifadə verib: "Elməddin mənim baldızımın həyat yoldaşıdır. O Xatının boynundan boğazından bıçaq xəsarəti yetirib. Arxadan gəldi, Xatın uşağı yatızdırırdı. Mən qoymadım, ancaq o vurdu. Vurandan sonra sürüklədi gətirdi bu biri otağa, saçından tutub bıçaqla vururdu. Hadisə onların kirayə qaldığı evdə olub. Əvvəllər də mübahisələri olub, sonuncu mübahisə həmin gün səhər olmuşdu. Hadisənin baş verməsinə səbəb telefonda Elməddinin başqa qızla  vatsap yazışmaları olub. Polisi mən zəng etdim çağırdım".

Sonra hakim şahid qismində istintaqda ifadə verən polislərin ifadələrini elan etdi. 

Məhkəmə Tibbi ekspertizasının rəyidə elan olduqdan sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul etdi və dövlət ittihamçısı Orxan Kəngərli  ittiham nitqi ilə çıxış etdi. Məlum oldu ki, Elməddin İsmayılov əvvəllərdə Ucar Rayon Məhkəməsinin hökmü ilə 152.2- ci maddəsi ilə məhkum olunub. Yüngülləşdirici hal kimi isə himayəsində azyaşlı övladının, könüllü gəlib təslim olmasını göstərib. Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edərək Elməddin İsmayılova daha yüngül maddə ilə cəza verilməsini xahiş etdi. 

Elməddin İsmayılov son sözlə çıxış edərək ədalətli qərar çıxarılmasını xahiş etdi. 

Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə görə Elməddin İsmayılov Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edildi. 

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub. 

Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri